2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1 milyard 499,8 milyon manatlıq xidmət göstərilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin xidmətin 74,9 faizi əhali sektoruna aid olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 6,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xatirə, Bizim.Media