“Türkiyə ilə ABŞ arasındakı münasibətlər Baydenin dövründə olduğu qədər pis olmamışdı”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
Onun sözlərinə görə NATO -ya üzv olan iki dövlətin tamamilə fərqli münasibətləri olmalıdır:
“Heç bir ABŞ liderinin dövründə belə pis vəziyyət olmayıb. Vaşinqton bölgədəki terrorçuları daha çox dəstəkləyir", - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, Ankara dəfələrlə Vaşinqtonu Suriya Kürd özünümüdafiə qüvvələrinə silah verməkdə ittiham edir.
Alçina Amilqızı, Bizim.Media