Avropa İttifaqı Əfqanıstanın paytaxtı Kabildə daimi nümayəndəliyinin açılması üzərində çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell jurnalistlərə açıqlamasında deyib.
"Biz bunun üzərində işləyirik. Ancaq məxfilik səbəbindən nümayəndəliyin açılması vaxtını sizə deyə bilmərəm", - Borrel qeyd edib.
Bizim.Media