Almaniyanın "Ertsgebirge" klubuna yeni baş məşqçi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb. Bildirilir ki, bu vəzifəni müvəqqəti olaraq Mark Hensel yerinə yetirəcək.
35 yaşlı mütəxəssis ötən gün istefaya göndərilən belaruslu Aleksey Şpilevskini əvəzləyib.
Qeyd edək ki, "Ertsgebirge" cari mövsüm II Bundesliqada 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb.
Komandada Azərbaycan millisində oynamış Dmitri Nazarov da çıxış edir.
Bizim.Media