2024-cü ildə 15 min 164 nəfərdə ilk dəfə badxəssəli şiş aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.
Onlardan 8 051-i qadın, 7 113 nəfəri kişi olub.
Əhalinin hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 149 nəfər təşkil edib. 2025-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 723 nəfər olub.
Naibə Məmmədova, Bizim.Media