Rusiyanın Şimali Qafqazdakı Birləşmiş qoşunlarının keçmiş komandanı, Rusiya qəhrəmanı, general Viktor Kazansev 76 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin nümayəndəsi məlumat verib.
Qeyd edək ki, V.Kazansev 1999-2000-ci illərdə ikinci çeçen müharibəsində Rusiya hərbçilərinə başçılıq edib. 2000-2004-cü illərdə Rusiya Prezidentinin Cənub federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub.
Bizim.Media