Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, sənətçinin qohumu müğənninin vəziyyətində heç bir irəliləyiş olmadığını bildirib:
"Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur", - sənətçinin qohumu vurğulayıb.
Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. ("Report")
Bizim.Media