“Şərqlə Qərbi prinsiplərimdə sintez eləmişəm” – “Yüksəliş”-in qalibi ilə MÜSAHİBƏ

“Yüksəliş” Müsabiqəsinin 27 qalibindən biri də Semral Əliyevdir. O, “Ağıllı insan” modelinə görə birincilər sırasına düşüb.

Bizim.Media Semral Əliyevin “Yüksəliş”ə gedən yoluna işıq tutmaq niyyəti ilə ondan müsahibə götürüb.
 

MÖVZU İLƏ BAĞLI:

“Yüksəliş” müsabiqəsinin qaliblərinə mükafat verildi - FOTO


İlkin olaraq Semralla tanış olaq: O, 1990-cı ildə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Hərbi xidməti başa vurduqdan sonra Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarəolunması ixtisası üzrə magistr dərəcəsi alıb. Daha sonralar Çin, Cənubi Koreya, Almaniya və Fransa kimi inkişaf etmiş ölkələrdə ixtisaslaşma və idarəetmə proqramlarında bilik və bacarıqlarımı artırıb. Dövlət orqanlarında əmək fəaliyyətinə 2013-cü ildən başlayıb, strateji araşdırmalar və innovasiyalar üzrə fəaliyyət göstərib. Hazırda da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnnovasiyalar sektorunun müdiridir. Bundan əlavə BMT-nin İnkişaf Proqramının Astana Dövlət Qulluğu Mərkəzinin rəqəmsal innovasiyalar və ağıllı idarəetmə istiqamətində fəaliyyətdə olan ekspertidir.

- 11760 nəfərin arasından seçildiniz, uğur qazanmaq çətin oldu?

- Qərb və Şərq cəmiyyətlərini müqayisə edərkən belə fikir səsləndirilir ki, şərq insanları uğura daha çox önəm verir və yalnız uğur qazandıqdan sonra özünü xoşbəxt hiss edir. Qərb düşüncəsində isə uğura gedən yola daha çox önəm verilir və bu yolda qazanılan təcrübə, əlaqələr, gedilən yoldakı maneələri dəf etmə prosesi insanı xoşbəxt edir. Mən uğur qazanmağa gedən yolda Şərq və Qərbin qovşağında olan ölkənin vətəndaşı kimi, həm çətin mərhələdən keçdikcə, sınaqların nəticələrindən yaranan məmnunluqdan və bu yolda qazandığım dostlarla xoş auradan zövq aldım, həm də qalib olduqdan sonra qələbənin verdiyi qürurdan. Amma düşünürəm ki, bilik və bacarıqlarla bərabər mübariz olmağım, özümə inanmağım, dostlarım və ailəmin mənəvi dəstəyi və hər addımda məni ruhlandırması uğura gedən çətin yolda mənə güc verərək qalib etdi. Yəni, Şərqlə Qərbi prinsiplərimdə sintez eləmişəm. 

- Tapşırıqların yerinə yetirillməsində necə fərqləndiniz?

- Düşünürəm ki, mənim də uzun müddət layihələrlə iş sahəsində olmağım, həmçinin innovasiyaların tətbiqi və təşviqi üzrə fəaliyyətim, eyni zamanda yüksək kommunikasiya bacarıqlarım məni digərlərindən fərqləndirdi. Həmçinin yarış zamanı insanları inandırma, iş bölgüsünün idarəedilməsi kimi bacarıqlarımın da seçilməyimdə xüsusi rol oynadığını düşünürəm. Bir məlumatı da bölüşmək istərdim. Müsabiqənin final mərhələsində “Ağıllı insan” modeli üzərində işləyərkən mentorumuz Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə xanım Abbaszadə oldu. Bu modelin hazırlanması zamanı kreativ cəmiyyət quruculuğu üçün gördüyümüz işlər, innovasiyaların tətbiqi və gələcək insanlarda önəmli olacaq bacarıqlara dair fikirlərim də diqqəti cəlb etdi. Belə ki, Məleykə xanım tərəfindən komanda üzvləri arasında mən xüsusi mentor balı alaraq fərqləndim.  

- Özünüinkişaf məqsədilə qazandığınız vəsaiti hansı istiqamətlərə sərf etməyi düşünürsüz? 

- Layihə idarəetməsi sahəsində peşəkar səviyyədə biliklərimin artırılması istiqamətində beynəlxalq sertifikasiya proqramlarında iştirak etməyi düşünürəm. Həmçinin qlobal innovasiya şəbəkəsində tanınmış mərkəzlərin təşkil etdiyi tədbirlərə qatılaraq sahəvi əhatə dairəmi genişləndirmək, yeni fürsətlər üçün yeni əlaqələr qurmaq niyyətindəyəm. Bununla yanaşı yerli və ya xarici universitetlərin birində idarəçilər üçün təşkil olunan qısamüddətli proqramlardan yararlanmaq istiqamətində də qazandığım vəsaitdən istifadə etməyi planlayıram. 



- Kadr ehtiyatı bankına daxil olan bir şəxs kimi özünüzü hansı sahələrdə görürsünüz, hansı sahələrdə vətənə, cəmiyyətə faydalı olacağınızı düşünürsüz? 

- Hazırda ölkədə innovasiya ekosisteminin formalaşması, innovasiya infrastrukturunun təkmilləşdirilməsi istiqamətində aparılan işlərdə aktiv iştirak edirəm. Gələcəkdə də bu sahədə fəaliyyətimi davam etdirmək, ölkəmizdə “ağıllı cəmiyyət”, “ağıllı idarəetmə” modellərinin formalaşması prosesinə də öz töhfəmi vermək niyyətindəyəm. Hazırda yaşadığımız dördüncü sənaye inqilabi dövrünə aid tendensiyalara uyğun olaraq ölkəmizin innovativ inkişafı, rəqəmsal transformasiyaya keçid və yeni texnologiyalara əsaslanan ağıllı həllərin yaradılması istiqamətində intensiv işlər aparılır. Kadr ehtiyatı bankına daxil edilməyim də əslində mənim üçün bu prosesə daha çox fayda vermək üçün yeni fürsətlər yaradır. 

Xatirə Nəsirli, Bizim.Media 

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

End of content

No more pages to load

RADİO