Tatarıstanın nazir müavini azərbaycanlılar haqda nə dedi? – MÜSAHİBƏ

“Əlbəttə ki, biz müharibə gedən dövrdə çox həyacan keçirirdik. Çünki bizim üçün ən önəmli amil qonşu ölkələrdə sülhün bərqərar olmasıdır”.  

Bu fikirləri Tatarıstan Respublikasının Gənclər nazirinin müavini Timur Süleymanov Bizim.Media-nın Baş redaktoru Anar Tahirovla müsahibəsi zamanı söyləyib.

O, Tatarstanla Azərbaycan arasında mövcud əməkdaşlıqdan, gənclər arasında əlaqə və əməkdaşlıqların qurulmasından da danışıb.  

Müsahibə zamanı maraqlı məqamlara toxunan Süleymanov bildirib ki, hər il Kazan şəhərində gənclərlə bağlı müxtəlif tədbirlər keçirilir və burada azərbaycanlı gənclərin də rolu böyükdür.

Müsahibəni təqdim edirik:

- Timur, istərdim sizə Azərbaycanın tarixinə çox yaxşı bələd olan və uzun illər Azərbaycanla gözəl münasibətləri olan  bir insan kimi sual verim. Keçən il Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, əzəli torpaqlarını işğaldan azad etdi. Bu barədə düşüncələriniz nədir?

- Əlbəttə ki, biz müharibə gedən dövrdə çox həyacan keçirirdik. Çünki bizim üçün ən önəmli amil qonşu ölkələrdə sülhün bərqərar olmasıdır.  Hazırda vəziyyət stabilləşib. Biz buna çox sevinirik. Biz inanırıq ki, bununla da Cənub Qafqaz regionuna sülh gələcək. Bu bütün qonşu ölkələrin ərazisində hərtərəfli inkişaf üçün gözəl şərait yaradacaq. 

- Tatarıstan hökümətinin Azərbaycan gəncləri ilə əlaqələri necə inkişaf edir? Hansı layihələr həyata keçirilir? Gələcəkdə bu istiqamətdə hansı işlərin görülməsi planlaşdırılır?

- Planlar çoxdur. Bir müddət əvvəl Kazan şəhərində Avrasiya regional mərkəzin dəstəyi ilə 7-ci İƏT ölkələrindən olan gənc işadamlarının forumu keçirildi. Tədbirdə bir çox ölkələrdən startap rəhbərləri olan bir çox gənc simalara iştirak edirdilər. Tədbir çərçivəsində təxmini 2000 layihə nümayiş etdirildi. Bəzi cavan iş adamları öz layihələri üçün hətta 2 milyon ABŞ dolları həcmində investisiya cəlb edə bildilər. Bu günlərdə Kazanda daha bir tədbir -  İƏT ölkələrindən olan gənc diplomatların forumu keçirildi. Burada səfirliklərin gənc əməkdaşları iştirak edirdi. Bundan başqa oktyabrda gənclərin müasir islam mədəniyyəti festivalı keçirməyi planlaşdırırıq. Ümid edirəm ki, burada da Azərbaycandan olan gənclər iştirak edəcək. 

Söhbət əsnasında Timur Süleymanov azərbaycanlılar Tatarıstanın ictimai həyatında aktiv iştirak etdiyini də bildirib. O, qeyd edib ki, çox istedadlı azərbaycanlı gənclər var ki, respublikanın həyatında öz töhfələri ilə yadda qalıblar.

- Mənim ilk olaraq ağlıma gələn ad İlkin İsgəndərovdur. O, Tatarıstan Respublikası Tələbələr Liqasının rəhbərlik edirdi. Hazırda o, Rusiya gənclər birliyinin Tatarıstan regionu üzrə rəhbəridir. Bundan başqa bizim bütün millətlərdən olan gənclərə Tatarıstanda öz milli mənsubiyyətlərini qoruyub saxlamağa kömək edən xüsusi təşkilatımız var. Biz hər il Novruz bayramında milli yemək festivalı keçirilir. Azərbaycan hər il öz əsrarəngiz mətbəxi ilə bizi təəccübləndirməyi bacarır. Onu da qeyd edib ki, bizim hər il keçirilən Xalqlar dostluğu mini futbol liqasının ən fəal komandası Azərbaycan olur. Tatar xaqı azərbaycanlılara eyni kökdəndir, biz qardaş millətik.

- Timur, demək olar ki, karyerasında uğurlu olan hər bir gənc sənin kimi nazirlikdə səlahiyyətli post tutmaq arzusundadır. Sən özün gənc yaşında bu məsuliyyətli postu necə tutmusan? Bunun sirri nədir?

- Mən sadəcə bunun üçün çox çalışmışam. Bu uğurun yeganə yoludur. Mən düşünürəm ki, bu zaman xüsusi vəzifə üçün deyil, özünü bacardığın qədər fərdi inkişaf etdirmək üçün çalışmalısan.  Mən ilk olaraq “Sələt” təşkilatının aktiv iştirakçısı olmuşam. Daha sonra 4 il respublika gənclər liqasının rəhbəri çalışmışam.  Növbəti mərhələdə “Sələt” fondunun icraçı direktor vəzifəsinə yiyələnmişəm.  Nazirliyə gəlməyim isə 1000 uşağın iştirakı ilə təşkil etdiyim festivaldan başlayıb. Gənclər naziri də o tədbirdə iştirak edirdi. Belə bizim iş birliyimiz başladı və o, məni nazirliyə dəvət etdi. 

- Mənə maraqlıdır, Rusiyada müsəlmanlara münasibət necədir? 

- Rusiyada müsəlmanlara çox gözəl münasibət var. Yeni-yeni məscidlər inşa olunur. Siz Kazana gəlsəz özünüz bunun şahidi ola bilərsiniz. Təsəvvür edin, bir küçədə yanbayan həm məscid, həm də kilsə mövcuddur. 

- O zaman sizin yüksək təyinatınızı Rusiyada olan multikultral və tolerantlıq rəmzi hesab etmək olar?

- Mən bu məsələyə başqa aspektən yanaşmaq istərdim. Müxtəlif ölkələrdən olan istedadlı gənclər dövlət orqanlarında istənilən postu tuta bilər. Buna mən azərbaycanlı gənc olan İlkin İsgəndərovun tələbə liqasına rəhbərlik etməsini nümunə gətirə bilərəm. Əgər onun istedadı, bacarığı buna imkan verirsə niyə də olmasın. Yəni bunu simvola çevirib, nəyisə sübut etməyə ehtiyac yoxdur. Düşünürəm ki, bu ancaq insanın bilik və bacarığından asılıdır. Mənim vəziyyətimdə də bu belə olub.

- Maraqlı söhbətə görə təşəkkür edirəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

End of content

No more pages to load

RADİO