Avropa fyuçers bazarında qazın qiyməti hər kubmetr üçün 620 ABŞ dollarını keçərək daha bir tarixi rekord vurub.
Bizim.Media xəbər verir ki, qaz fyuçersləri ticarətin açılışında 598 dollara başa gəlsə də, ticarət sessiyasının sonunda hər min kubmetr üçün 621 dollara yüksəlib.
Xatırladaq ki, bir gün əvvəl qazın qiyməti artıq tarixi rekordunu yeniləyib. Belə ki, mavi yanacağın qiyməti min kubmetr üçün 607 ABŞ dollarına qalxmışdı.
Bizim.Media