2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 mlrd. ABŞ dolları olub.
Bu barədə Bizim.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. dollar və ya 30,5% artıb.
Qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları əsas paya malik olub. Meyvə tərəvəz ixracının dəyəri 338 milyon dollar təşkil edib.
Xatirə, Bizim.Media