Ermənistan təxribatlarının CƏZASINI ÇƏKİR – İran TIR-ları yollarda qalıb

Azərbaycan sərhədçisinə hücumun ardınca Ermənistanın iki gün əvvəl, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb. 

Bizim.Media xəbər verir ki, iki gündür Ermənistan rəhbərləri bu barədə danışırlar, yolun açılması üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqların getdiyini deyirlər. Azərbaycan tərəfi isə hələlik baş verənləri şərh etmir.
 

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycan Qubadlı və Zəngilan rayonları istiqamətində öz dövlət sərhədlərini sovet dövrü xəritələri əsasında bərpa edərək möhkəmlənib.


Hələ sovet dövründən Gorus və Qafan vilayətlərini birləşdirən, eyni zamanda Ermənistanı İranla əlaqələndirən avtomobil yolu bir neçə hissədə Azərbaycan ərazilərindən keçirdi. Yol çəkənlər coğrafi şəraitin daha əlverişli olmasını nəzərə alaraq marşrutu belə müəyyənləşdirmişdilər və sovet dövründə bu, heç kimin diqqətini cəlb etmirdi.

Lakin Azərbaycan öz ərazilərini 30 illik işğalın ardınca azad etdikdən və beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdikdən sonra Gorus-Qafan yolunun həmin hissələrinə nəzarət də təbii olaraq Azərbaycana keçdi. Belə vəziyyətdə Azərbaycan xoş məram nümayiş etdirərək Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrini bağlamamışdı və orada gediş-gəlişə imkan yaratmışdı.

Lakin həmin yolla İrandan Ermənistana, oradan isə Qarabağa, Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə şübhəli yüklər daşıyan TIR-ların hərəkəti, bunun ardınca isə sərhədçimizə süngü-bıçaqla hücum edilməsi Azərbaycan tərəfinin səbrini daşırıb və belə görünür ki, sonuncu insidentdən sonra Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrində hərəkət dayandırılıb.

Nəticədə Ermənistanla İran arasında quru nəqliyyat əlaqəsi praktiki olaraq kəsilib. Erməni mənbələri Yerevan-Tehran-Yerevan marşrutu ilə işləyən avtobusların hərəkətinin dayandığını, habelə İrandan Ermənistana və geriyə yük daşıyan yüzlərlə TIR-ın yollarda qaldığını bildirir.

Doğrudur, Gorusla Qafanı birləşdirən alternativ yol var, amma bu qrunt yol çətin keçiləndir, orada gediş-gəliş praktiki olaraq mümkün deyil.

Ermənistanda Azərbaycan ərazilərini işğalda saxlayacaqlarına o qədər arxayın olmuşdular ki, 30 il ərzində alternativ yolun çəkilməsi haqda heç düşünən də olmamışdı.
 

İndi isə bu ölkədə ayılıblar ki, Ermənistanın iki vilayətini birləşdirən yol başqa ölkənin suveren ərazilərindən keçir, amma bəziləri bu vəziyyətlə barışmaq istəmir.


Azərbaycan xoş məram nümayiş etdirərək bu yolda hərəkətə imkan yaratmışdısa Ermənistan buna görə ancaq minnətdarlıq etməliydi. Amma nə baş verdi? Ermənilər Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçməsini həzm edə bilməyərək əvvəlcə yolun üstündə qoyulmuş “Azərbaycana xoş gəlmisiniz” plakatını atəşə tutmağa başladılar. Daha sonra vəziyyətlə barışmalı oldular, amma indi bu yolda Azərbaycan sərhədçisinə hücum edəcək qədər həyasızlıq nümayiş etdirirlər və ardınca “blokada”, “humanitar böhran” haqda hay-həşir salmağa başlayırlar (virtualaz.org).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Yasamalda avtomobil yandı

Yasamalda avtomobil yandı

End of content

No more pages to load

RADİO