Şirniyyatlara narkotik vasitə qatılır? – Ekspertdən VİDEO MÜRACİƏT

Son zamanlar narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinin geniş yayılması cəmiyyət arasında böyük ajiotaja səbəb olub. Bu cür vəziyyətlərdə isə əsası olan xəbərlərlə yanaşı, insanları çaş-baş salan bəzi məlumatlar da dolaşmağa başlayır.

“Pati” adı ilə məşhurlaşan sintetik narkotik vasitənin geniş yayıldığı bir dövrdə, bəzi mənbələr onun məktəblərdə uşaqlar arasında pulsuz paylanması barədə də versiyalar irəli sürür. Belə xəbərlər cəmiyyət arasında rezonans yaradaraq, böyük panikaya səbəb olur. Bu isə insan psixologiyasına mənfi təsir göstərərək təşviş yaradır. 

Bir müddət əvvəl millət vəkili Naqif Həmzəyev mətbuata açıqlamasında isə narkotik vasitələrlə bağlı daha bir iddia ilə çıxış edib.

O, müsahibə zamanı bildirib ki, müasir dövrdə hətta yediyimiz şirniyyatların içinə belə narkotik maddələr qatılır.

“Cəmiyyətdə narkotik asılılığın yaranmasını istəyən xarici qüvvələr müxtəlif növ şirniyyatların və arıqlama dərmanlarının içərsinə narkotik maddə əlavə edib asılılıq yaradırlar".

Məsələ ilə bağlı deputat Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələ xüsusi olaraq Daxili İşlər Nazirliyinin nəzarəti altındadır.
 

“Bu məsələ barədə daha dəqiq DİN-ə və ya ekspertlərə müraciət etmək daha məntiqə uyğundur. Çünki bizim söylədiyimiz fikirlər çaşqınlıq yarada bilər.


Biz sadəcə olaraq, eşitdiklərimizə və mediada oxuduqlarımıza əsaslanaraq bu fikirləri söyləyirik. Ekspertlərin rəyinə əsasən belə bir qənaətə gəlirik.  Ancaq istənilən halda bu faktlar var və bunun ətrafında da DİN araşdırmalarını apararaq cinayətkarları cəzalandırır”.

Narkomaniya üzrə ekspert Emil Maqalov isə deputatın şirniyyatlara narkotik vasitələrin qatılması fikrini absurd adlandırıb.

O, bildirib ki, heç bir alverçi 50-60 qəpiklik şirniyyata narkotik vasitə qatmaq fikrində ola bilməz.

“Narkotik elə ucuz vasitə deyil ki, onu 50-60 qəpiklik şirniyyata qatsınlar. Təsəvvür edin, 100 qram narkotik vasitə təxminən 1000 manat dəyərindədir. Həm də bildirmək istəyirəm ki, narkotik alverçilərinin bu vasitələri satmaqda qanundan başqa heç bir problemləri yoxdur. Onların müştəri axtarmağa ehtiyacları yoxdur və bu kimi iddialara sadəcə bir fərziyyədir.
 

Araşdırmalarım əsasında deyə bilərəm ki, şəxsən mən və mənim kimi layihə rəhbərləri  bu 10 illik ekspertlik fəaliyyətim dövründə Azərbaycanda belə bir faktla rastlamamışıq”.


Söhbət əsnasında ekspert həmçinin qeyd edib ki, Daxili İşlər Nazirliyi narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə qarşı xüsusi mübarizə aparır.

“Hazırda DİN bütün qüvvəsi ilə bu cür hallara qarşı mübarizə aparırır. Onların bu təşəbbüsü sayəsində onlarla narkotik alverçisi ifşa olunub və Azərbaycan polisi bu ağır işlərini gecə-gündüz davam etdirirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ 


Mövzu ilə daha ətraflı Emil Maqalovun video müraciətində tanış ola bilərsiniz. 

Sözügedən videonu təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

End of content

No more pages to load

RADİO