Baydenin İŞİD və Əl-Qaidə planı – Əfqanıstan üçün “KABUS SSENARİSİ” hazırlanır

ABŞ Prezidenti Co Bayden avqustun 19-da Əfqanıstanla bağlı çıxışı zamanı maraqlı nüanslara toxunub. Belə ki, Ağ Ev rəhbəri İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının geri dönüşü barədə proqnozlarını ictimaiyyətə çatdırıb.

Baydenin bu sözləri isə insanlar tərəfindən birmənalı qarşılanmayıb. Çünki əksər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Talibanın ölkədə hakimiyyətə gəlməsində Vaşinqtonu günahlandıranlar heç də az deyil. İndiki durumda isə Baydenin iki terror təşkilatının qayıdışı ilə bağlı proqnoz verməsini Ağ Evin yeni Əfqanıstan planı kimi dəyərləndirilir.

Ağ Evin yeni taktikası

Birləşmiş Ştatları öz qüvvələrini Əfqanıstandan çəkməsi onsuzda mütəxəssislər tərəfindən şübhəli hal kimi qiymətləndirilirdi. Belə ki, əksər ekspertlər ABŞ-ın heç bir plan və proyekt olmadan Əfqanıstandan qaçmasının mümkünlüyünə inanmırdılar.
 

İndi isə, Baydenin bu açıqlama verməsi Ağ Evin “B” planının nədən ibarət olduğu ilə bağlı ilkin detalların aydınlaşması kimi xarakterizə olunur.


Görünən qədərilə ABŞ faktiki olaraq Əfqanıstanı tərk etsə də, “kölgə”sini bölgədə buraxmaq niyyətindədir. Belə ki, nə qədər inkar olunsa da həm İŞİD-in, həm də Əl-Qaidənin Vaşinqtonun xeyir-duası ilə Yaxın Şərqin başına bəla olması ilə bağlı əsaslı faktlar da yox deyil. Doğrudur, sonradan həmin bəlalar ABŞ-ın özünə də problem yaratmağa başladı. Amma Vaşinqton hər zamankı siysəti işə salaraq həm Suriya və İraqda, həm də Əfqanıstanda qoşunlarını yerləşdirməklə sözügedən qruplaşmalara qarşı bu və ya digər formada uğur qazanmağı bacardı.

Digər önəmli məqam isə, ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə istifadə etdiyi taktika idi.

Belə ki, öz əlini kirlətməyən Amerika ordusu düşmənlərini təmizləmək üçün başqa terrorçu təşkilatları oyuna daxil edərək, PKK və YPG-nin əli ilə “İslam Dövləti”ni məğlub etməyi bacardı.
 

Belə görünür ki, indi də yenidən İŞİD və ƏL-Qaidəni maliyyələşdirməklə Ağ Ev Əfqanıstanda nəzarətini qorumaq niyyətindədir.



Yəni, ABŞ əvvəlki təcrübəsini işə salaraq Talibana qarşı, digər terror təşkilatlarını meydana atacaq.  Bunun üçün yetərli resuslarda mövcuddur. Çünki həm sözügedən təşkilatların Əfqanıstanda varlığını qoruması, eyni zamanda Orta Asiyada ciddi şəkildə ardıcıllarının olması Vaşinqtonun yeni oyunu üçün əlverişli şərait yaradıb.

“Parçala, hökmranlıq et”

Vəziyyətin bu cür inkişaf etməsi durumunda isə, Əfqanıstan yenidən müharibə meydanına çevriləcək. Nəzərə alsaq ki, qeyd olunan təşkilatlardan əlavə, regionda irili-xırdalı 20-ə yaxın silahlı qruplaşma mövcudluğunu qoruyur və eyni zamanda Şah Məsudun oğlu da ciddi bir qüvvə ilə Talibana qarşı müqavimətini davam etdirir, onda sitasiyanın kritikliyini anlamaq mümkündür.

Durumun belə davam etməsi isə, Əfqanıstan üçün Suriyanın aqibətinin planlaşdırıldığı deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ niyə Əfqanıstandan üz döndərib?


Necə ki, Suriyada eyni anda bir necə klanın hakimiyyəti mövcuddur, eləcə də Əfqanıstanda eyni prosseslər baş verəcək. Yəni, ölkənin faktiki olaraq parçalanması gündəmdədir. 

Bununla isə ABŞ əsas rəqibi olan Çinin bölgə ilə bağlı planlarına ciddi zərbə vuracaq. Belə ki, Pekinin gələcək perspektivdə əsas prioriteti olan “Bir kəmər, bir yol” proyekti üçün mühüm halqa olan Əfqanıstanda parçalanma, Ağ Evin Çin qarşısında əlinin xeyli güclənməsi deməkdir.

Eyni zamanda ölkənin bir neçə yerə parçalanması digər böyük oyunçuların da diqqətini çəkəcək və böyük sərvətləri olan regiondan faydalanmaq üçün savaşan klanlara xarici aktorlardan da ciddi dəstək göstəriləcək. 


Filmin sonu isə öncədən bəllidir: işğallarla idarə oluna bilməyən əfqan xalqına “parçala, hökmranlıq et” siyasəti ilə sağalmaz yara vurulacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Kişi səhvən 7 lotereya bileti aldı - 300 min dollar uddu

Kişi səhvən 7 lotereya bileti aldı - 300 min dollar uddu

End of content

No more pages to load

RADİO