Lavrov rus şirkətlərini Azərbaycana dəvət edir - Rusiyanın yeni planı nədir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rus nəqliyyat şirkətlərini Qarabağa dəvət edib. Məlumata görə Lavrov bu fikirləri 17 avqustda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası ilə görüş zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri ciddi tranzit potensialına malikdir.
 

Hazırda bu ərazilərdə yeni infrastruktur layihələr və magistral yolların bərpası istiqamətində işlərin getdiyini qeyd edən Lavrov, Rus avtomobil şirkətlərini bölgəyə daha yaxından nəzər salmağa dəvət edib.


Lavrovun şirkətlərin bu istiqamətə diqqət yetirmələrinin iqtisadi olaraq faydalı olacağını bildirib. Bununla yanaşı nazir, yaxın qoşuluqda baş verən bu prosesin tərkib hissəsi olmağın Rusiya üçün vacibliyini də vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrovdan Qarabağla bağlı yeni təklif


Lavrovun çıxışı son günlərdə Rusiya və Azərbaycan arasında müşahidə olunan gərginliyin fonunda olduqca diqqət çəkir.

Rusiyanın bu təşəbbüslə nəyə nail olmağa çalışması isə əsas müzakirə mövzularından biridir. Lavrov bu təşəbbüsü ilə Azərbaycanla Rusiya arasında son günlərdə daha da gərginləşən münasibətləri stabilləşdirməyə çalışır.

İki ölkə arasında münasibətlərin gərginləşməsi Rusiyanın Ermənistanı silahlandırması və Qarabağda atəşkəsin pozulmasına şərait yaratması ilə bağlıdır. Rusiyanın 10 noyabr sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmək məsələsində tərəddüdlü davrandığı müşahidə olunur.
 

İndiki anda Azərbaycan və Rusiya arasındakı münasibətlərdəki gərginlik hamıdan çox Rusiya üçün zərərlidir. Çünki hər vəsilə ilə prosesə daxil olmağa çalışan Qərb Qarabağla bağlı müzakirələr masasında yer almaqda istəklidir.


Mövcud şəraitdə Azərbaycanla münasibətlərin daha da pisləşməsi Rusiyanın bölgədəki varlığı üçün ciddi təhlükələr doğura bilər.

Azərbaycan Qərblə münasibətləri daha da inkişaf etdirməkdə istəklidir və bu baş verərsə, Rusiyanın təkcə Qarabağdakı yox, bütövlükdə Cənubi Qafqazdakı maraqları təhdid altında düşmüş olacaq. Bu isə Rusiya üçün ən arzuolunmaz ssenaridir.

Rusiya Cənub Qafqazda, xüsusilə də Qarabağda yenidənqurma layihələrində iştirak etmək istəyir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yenidənqurma fəaliyyətlərinə start verib. Bu fəaliyyətlər çərçivəsində bölgəyə xarici sərmayənin və xarici şirkətlərin önəmli layihələrə cəlb olunması prosesi sürətlənir. Bu prosesdə itirak etməkdə birbaşa maraqlı tərəflər isə əsasən Qərb şirkətləridir.
 

Bu həm bölgəni onların iqtisadi maraq dairəsinə çevirmək, həm də regional təhlükəsizliyin təmin olunması baxımından olduqca önəmlidir. Hazırda bu iş Rusiyanın iştirakı olmadan davam edir və Rusiya faktiki olaraq yenidənqurma prosesindən kənarda qalıb.


Rusiya başa düşür ki, bölgədəki tək təsir vasitəsi sülhməramlı missiyasıdır və bu missiya Rusiyanın daimi olaraq bölgədə qalmasını təmin edə bilməz. Lakin Qərb kimi Rusiya şirkətləri da bölgənin yenidən qurulmasında iştirak edərsə, bu Rusiya üçün yeni iqtisadi imkanlar və maraqlar yarada bilər.

Bu yolla Rusiya bölgədə Qərbin iqtisadi varlığını da tarazlaşdırmaq fürsəti qazana bilər.

Lavrovun təşəbbüsü istənilən halda Rusiyanın bölgədəki proseslərdə daha yaxından iştirak etmək cəhdi kimi qiymətləndirilə bilər.

Rəvan Əliyev, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Kişi səhvən 7 lotereya bileti aldı - 300 min dollar uddu

Kişi səhvən 7 lotereya bileti aldı - 300 min dollar uddu

End of content

No more pages to load

RADİO