“Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq”.
Bizim.Media xəbər verir ki, “CNN Türk” televiziya kanalına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə deyib.
“Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”- Prezident əlavə edib və qeyd edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var.
Bizim.Media