ABŞ Prezidenti Donald Trampın oğlu sosial şəbəkə paylaşımı ilə koronavirusa yoluxduğunu təsdiqləyib.
Bizim.Media “Hürriyet”ə istinadla xəbər verir ki, kiçik Donald Tramp paylaşımında heç bir simptom daşımadığını söyləyib.
O, karantində vaxtını səmərəli keçirmək üçün izləyicilərindən kitab və film tövsiyə etmələrini istəyib.
“Bir neçə gün təkbaşına vaxt keçirə bilərəm. Karantin sıxıcı hala çevrilmədən əvvəl təmizləyə biləcəyim çox sayda silah var”,- deyə Donald Tramp bildirib.
Bizim.Media