Kəsmiyin tərkibində çoxlu mineral və mikroelementlər var. Kalsiumla zəngin olduğuna görə sümüklərin inkişafında əhəmiyyətli rol oynayır.
Ondan mütəmadi istifadə dərini təravətli saxlayır.
Bizim.Media xəbər verir ki, tərkibində zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.
Tərkibi B vitaminləri ilə zəngin olduğuna görə metabolik sistemin normal işləməsini təmin edir. İmmuniteti gücləndirir, stresi aradan qaldırır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir.
Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir.
Qadınlar üçün gündəlik kəsmik istehlakının miqdarı 200, kişilər üçün 250, körpələr üçün isə 30 qram təşkil edir.
Bizim.Media