“Ərəb ölkələrindən Azərbaycana getmək üçün çoxlu müraciətlər alıram” - İordaniyalı jurnalist

İordaniyanın “Əl Ənbat” qəzetində rus mənşəli iordaniyalı jurnalist, ölkəmiz haqqında silsilə məqalələrin müəllifi Yelena Neduqinanın “Ərəb və iordaniyalı turistlərin Azərbaycan və Qafqazın turizm məkanlarına marağı artır” sərlövhəli məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, ölkəmizin füsunkar təbiəti və qədim tarixindən bəhs edən müəllif yazır:

“Son bir neçə ayda İordaniya və bir sıra ərəb ölkələrinin vətəndaşları “WhatsApp” və “Messenger” vasitəsilə, həmçinin telefonla zəng edərək mənə Azərbaycana necə səyahət edəcəkləri, oradakı turizm, istirahət, sağlamlıq turizmi barədə suallar verirlər. Xüsusən, tarixi və mədəniyyət abidələri həvəskarları, cəmiyyətdə sosial statusu yüksək olanlar və imkanlı şəxslərdən müraciətlər daxil olur. Bakıya getmək istəyən iordaniyalı və digər ərəb ölkələrinin vətəndaşlarına kömək məqsədilə onlara Azərbaycanın tarixi-mədəni abidələri, görməli yerləri, səfalı kurort və sanatoriyaları, restoran və otelləri barədə müfəssəl məlumat verməyə çalışıram. Bəzi ərəb səyahətçilər Azərbaycanda ibadət edəcəkləri, ələlxüsus cümə namazları qılacaqları məscidlər haqqında informasiya verməyi də xahiş edirlər”.

Y.Neduqina diqqətə çatdırır ki, potensial turistlərin əksəriyyəti Körfəzin ərəb ölkələri vətəndaşlarıdır.

Onlar iqlimi nisbətən əlverişli olan İordaniyaya da səyahət edirlər və sabitlik, təhlükəsizliyin yüksək səviyyədə olduğu Azərbaycana səfər etmək istəyirlər. Ərəblər üçün yaxşı iqlimi ilə yanaşı, xalqının qonaqpərvərliyi ilə də seçilən bu ölkə hazırda İslam aləminin ən fəal üzvlərindən biri, İslam Əməkdaşlıq Təşkilatının üzvü, Qoşulmama Hərəkatının sədridir. Ərəb ölkələrinin demək olar ki, hamısında Azərbaycanın səfirlikləri və konsulluqları fəaliyyət göstərir.

Ərəb turistlər Əmman və ya Akabadan Bakıya birbaşa aviareyslərin açılmasından sonra rahatlıqla Azərbaycana səfər edə biləcəklər.

Məqalədə Azərbaycanın təbii sərvətləri və sürətli iqtisadi inkişafı barədə də ətraflı məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

End of content

No more pages to load

RADİO