Erməni hərbçilərlə bağlı videoya görə cinayət işi açıldı - RƏSMİ

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanmış, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir. Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur .

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınıb.

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.

Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir.

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diş müayinəsi həyatı bahasına başa gəldi: Komaya düşdü, əzalarını itirdi – FOTO

Diş müayinəsi həyatı bahasına başa gəldi: Komaya düşdü, əzalarını itirdi – FOTO

"Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır"

"Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır"

Azərbaycanda III ixtisas qrupu LƏĞV OLUNUR?

Azərbaycanda III ixtisas qrupu LƏĞV OLUNUR?

İmtahanlar başladı: Övladlarımızı STRESDƏN necə qoruyaq? - VİDEO

İmtahanlar başladı: Övladlarımızı STRESDƏN necə qoruyaq? - VİDEO

Evində tonlarla qızıl tapılan mer edam ediləcək

Evində tonlarla qızıl tapılan mer edam ediləcək

Almaniya silah fabrikinə çevrilir - Avtomobil sənayesi böhran keçirir

Almaniya silah fabrikinə çevrilir - Avtomobil sənayesi böhran keçirir

ABŞ-ın bu hərəkətləri danışıqları POZUR - Əraqçi

ABŞ-ın bu hərəkətləri danışıqları POZUR - Əraqçi

Aprelin sonunda dörd bürc pul içində ÜZƏCƏK

Aprelin sonunda dörd bürc pul içində ÜZƏCƏK

Rusiya sosial mediaya çıxışı niyə məhdudlaşdırıb? - Zelenskidən diqqət çəkən ETİRAF

Rusiya sosial mediaya çıxışı niyə məhdudlaşdırıb? - Zelenskidən diqqət çəkən ETİRAF

Pentaqon İrana qarşı əməliyyatda CANLI İTKİLƏRİNİ açıqladı

Pentaqon İrana qarşı əməliyyatda CANLI İTKİLƏRİNİ açıqladı

İslamabadda danışıqlarının ikinci mərhələsi qeyri-müəyyənlikdədir? - VİDEO

İslamabadda danışıqlarının ikinci mərhələsi qeyri-müəyyənlikdədir? - VİDEO

Premyer Liqa klubunda yeni baş məşqçi

Premyer Liqa klubunda yeni baş məşqçi

Zelenski: Tədricən Qafqaza nəzər salırıq

Zelenski: Tədricən Qafqaza nəzər salırıq

Tramp İranla müharibədən bezib - "Axios" nəşri

Tramp İranla müharibədən bezib - "Axios" nəşri

ÇİYƏLƏYİ hansı vaxtda yemək daha faydalıdır?

ÇİYƏLƏYİ hansı vaxtda yemək daha faydalıdır?

Nazir onu yenidən direktor müavini təyin etdi - FOTO

Nazir onu yenidən direktor müavini təyin etdi - FOTO

Firuzə İbadova Cavanşir Məmmədovdan YAZDI: “Səsin hələ də qulaqlarımdadır…” - FOTOLAR

Firuzə İbadova Cavanşir Məmmədovdan YAZDI: “Səsin hələ də qulaqlarımdadır…” - FOTOLAR

Validə Novruzova vəfat etdi - FOTO

Validə Novruzova vəfat etdi - FOTO

Azərbaycan bu il yalnız BU ÖLKƏDƏN təbii qaz idxal edib

Azərbaycan bu il yalnız BU ÖLKƏDƏN təbii qaz idxal edib

Roma Papası korrupsiyanı görün, nəylə müqayisə etdi...

Roma Papası korrupsiyanı görün, nəylə müqayisə etdi...

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir? - İDDİA - VİDEO

Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir? - İDDİA - VİDEO

Hamı onlardan danışır – Ölümün qarşısını kəsən ağ xalatlılar - FOTO/VİDEO

Hamı onlardan danışır – Ölümün qarşısını kəsən ağ xalatlılar - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO