ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp koronavirusa yoluxub.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, kiçik Trampın COVİD-19 testinin nəticələri müsbət çıxıb:
“Həftənin əvvəlində Donun testi müsbət nəticə verdi. O, bundan sonra karantində olub. Onda qətiyyən simptomlar yoxdur, COVID-19-a aid tibb müəssisəsinin tövsiyələrinə tam əməl edir", - deyə bildirilib.
Qeyd edək ki, D.Tramp atasının “Trump Organization” kompaniyasının vitse-prezidentlərindən biridir.
Bizim.Media