İrəvanda konsert verərsinizmi? – Azərbaycanın şou əhlinin maraqlı CAVABLARI

44 günlük müharibədə Azərbaycanın qazandığı möhtəşəm zəfərdən sonra, xalqımız humanizm, multikultral dəyərlərini bir daha gözlər önünə sərərək bütün dünyaya öz sülhsevər xüsusiyyətlərini nümayiş etdirdi. 

Azərbaycan ermənilər tərəfindən bir çox faciələrlə üzləşdiyniə baxmayaraq, bütün dünyaya ermənilərlə sülh şəraitində yaşamağa hazır olduqlarını dəfələrlə elan edib.

Lakin mənfur düşmənlərimiz buna öz təxribatları, şovinist hərəkətləri ilə hələ də mane olmağa çalışır. 

Azərbaycan hökuməti isə multikultural dəyərlərə sadiq olaraq yenə də erməni irsinin qorunmasında, erməni vətəndaşlarla birlikdə yaşamağın mümkünlüyü haqda konkret mənəvi və siyasi iradə nümayiş etdirir.

Bəs, şou nümayəndələri bu haqda nə düşünür? Onların sülh müqaviləsinin imzalanması haqda fikirləri necədir?

Elə bunu nəzərə alaraq, onlara “Sülh müqaviləsi imzalansa, iki xalq rahat bir şəkildə regionda yaşamağa başladığı təqdirdə, dəvət alsanız, İrəvanda konsert verərsinizmi?” sualı ilə müraciət etdik.

Xalq artisti Faiq Ağayev Bizim.Media-ya açıqlamasında bildirir ki, bu barədə danışmaq hələ tezdir, çünki gələcək məsələlərin necə cərəyan edəcəyi hələ ki, bəlli deyil.

“Bilirsinizmi, arabanın qarşısında qaçmaq ən axmaq işdir. Bizim Azərbaycan vətəndaşı olan ermənilərlə aramızın nə zaman düzələcəyi bəlli deyil. Onlar əgər bizim kimi Azərbaycan qanunlarına tabe olacaqlarsa, bəlkə o zaman sizin verdiyiniz sualı müzakirə etmək olar. Ancaq indi hələ ki, yaralarımızın qaysağı bağlanmayıb, bu barədə danışmağa dəyməz”.

Müğənni Afət Fərmanqızı isə qeyd edib ki, bu fikrin özü absurddur. Çünki biz ermənilər tərəfindən çox acı faciələr yaşamışıq.

“Mənim düşüncəmə görə, onlar bizim əbədi düşmənimizdir. İlanın ağına da lənət, qarasına da. Mən heç bir vaxt bunu etmərəm”.

Əməkdar artist Lalə Məmmədovanın fikri isə daha sərt olub. O, Bizim.Media-ya bildirib ki, heç vaxt belə mövzu onun müzakirə predmetinə çevrilə bilməz.

“Əsla, mən buna heç vaxt razılıq vermərəm. Ümumiyyətlə, bu mövzuda söhbət gedə bilməz. Mənim üçün bu başqa cür ola da bilməz”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ "Çelsi"nin yarımmüdafiəçisinə GÖZ DİKDİ

PSJ "Çelsi"nin yarımmüdafiəçisinə GÖZ DİKDİ

Şəhid İkraməddin Arazovun xatirəsi yad edildi - FOTO

Şəhid İkraməddin Arazovun xatirəsi yad edildi - FOTO

BSU yataqxanasındakı yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ZİYAN DƏYİB

BSU yataqxanasındakı yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ZİYAN DƏYİB

Culfada avtomobil qaz xəttinə çırpıldı, 5 kənd qazsız qaldı - FOTO

Culfada avtomobil qaz xəttinə çırpıldı, 5 kənd qazsız qaldı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Paytaxt yollarında sıxlıq var

Sürücülərin DİQQƏTİNƏ: Paytaxt yollarında sıxlıq var

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri SABAH satışa çıxarılacaq

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri SABAH satışa çıxarılacaq

"Atamın utanaraq küçəyə çıxmasını istəmirəm"

"Atamın utanaraq küçəyə çıxmasını istəmirəm"

"Ərim xəyanət edirdi, mən də qonşu kişi ilə danışırdım"

"Ərim xəyanət edirdi, mən də qonşu kişi ilə danışırdım"

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşları ilə bağlı QƏRAR

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşları ilə bağlı QƏRAR

Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıldı

Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıldı

Ermənistanda 5 məmur saxlanıldı - Aralarında yüksək vəzifəlilər də var

Ermənistanda 5 məmur saxlanıldı - Aralarında yüksək vəzifəlilər də var

"Utanıram ki, mənə zəng vurub soruşurlar, niyə pul yığılır" - Çingiz Abdullayev

"Utanıram ki, mənə zəng vurub soruşurlar, niyə pul yığılır" - Çingiz Abdullayev

Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış KEÇİRDİ

Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış KEÇİRDİ

Ağdaşda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib – FOTO

Ağdaşda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib – FOTO

Bir gündə avtomobil və avtobus çuxura düşdü – Hər iki sürücüyə kompensasiya VERİLƏCƏK?

Bir gündə avtomobil və avtobus çuxura düşdü – Hər iki sürücüyə kompensasiya VERİLƏCƏK?

Füzulidə FACİƏ: Əmisi ilə birgə maşında yatdı və...

Füzulidə FACİƏ: Əmisi ilə birgə maşında yatdı və...

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Binəqədidəki yanğında 30 sakin təxliyə edildi

Binəqədidəki yanğında 30 sakin təxliyə edildi

Davos 2026 - qlobal qarşıdurma kölgəsində Bakının "Orta Güc" manifesti

Davos 2026 - qlobal qarşıdurma kölgəsində Bakının "Orta Güc" manifesti

Solovyov “Rossiya” telekanalından qovulub?

Solovyov “Rossiya” telekanalından qovulub?

2 günə İrandan 1,5 milyard dollar çıxarıblar - Biri də Xameneinin oğludur

2 günə İrandan 1,5 milyard dollar çıxarıblar - Biri də Xameneinin oğludur

Hacıbala Abutalıbov Bakıdan köçüb, bu kənddə yaşayır

Hacıbala Abutalıbov Bakıdan köçüb, bu kənddə yaşayır

Qlobal bazarlarda GÜMÜŞ AJİOTAJI – Qiyməti daha nə qədər BAHALAŞACAQ?

Qlobal bazarlarda GÜMÜŞ AJİOTAJI – Qiyməti daha nə qədər BAHALAŞACAQ?

Azərbaycanlı alim ABŞ-da SAXLANILDI

Azərbaycanlı alim ABŞ-da SAXLANILDI

End of content

No more pages to load

RADİO