Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı “İnstagram” hesabında paylaşım edib.
Bizim.Media-nın məlumatına görə, paylaşımda deyilir:
“Əziz həmvətənlər'',
''Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram!''
Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”
Bizim.Media