Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 346 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 694 nəfər müalicə olunaraq sağalıb, 5 039 nəfər vəfat edib.
8145 nəfər aktiv xəstə sayını təşkil edib.
Bizim.Media