“İdmanda erməni və ya başqa millətdən olan rəqibə fərq qoymuram” – Bürünc medalçımız

“Çox sevinirəm ki, nəhayət, Olimpiya medalını qazandım”.

Bizim.Media xəbər verir ki, bunu yunan-Roma güləşində Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan yığmasının üzvü Rafiq Hüseynov deyib.

77 kq çəki dərəcəsində yarışan ikiqat Avropa çempionu bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyanı məğlub edib.

33 yaşlı idmançı qarşılaşmadan sonra təəssüratlarını bölüşüb: “Bütün yarışlarda medallarım var idi, təkcə Olimpiadadan başqa. Hər dəfə bir problem çıxırdı, iştirak edə bilmirdim. Çox şadam ki, lisenziya qazanaraq, bu dəfə iştirak etdim. İdmanda erməni və ya başqa millətdən olan rəqibə fərq qoymuram. Qələbə istənilən halda qələbədir. Əslində idmanda bu fikirlər düzgün yanaşma deyil. Ermənini udanda qəhrəman, ona uduzanda isə xalq düşməni olursan. Əsas odur ki, medal qazanmışam, bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir”.

Olimpiadada mübarizəyə dünən start götürən Hüseynov 1/4 finalda məğlub olmasına belə aydınlıq gətirib:

“Dünən ilk görüşüm ağır keçdi. Çünki isveçli rəqibim Aleks Kessidis son dünya çempionatının ikincisi idi. Olimpiya Oyunlarının qaydalarına əsasən, mübarizə 1/8 finaldan başlayır. Döşəyi tərk etdikdən cəmi 3 döyüş sonra yenidən qayıtdım. Təbii ki, ikinci rəqibim olan qırğızıstanlı Akjol Mahmudov da zəif uşaq deyildi. Bərpa olunmağa vaxt çatdırmadım. Çünki Mahmudovun tunisli idmançı ilə ilk görüşü yüngül olmuşdu, vaxtından əvvəl qələbə qazanmışdı. Mən isə ağır görüş keçirmişdim. Bu üzdən dünənki görüşlərim ürəyim istəyən kimi alınmadı. Amma bu gün səhvimi düzəltməyə çalışdım”.

Olimpiya üçüncüsü qalan günlərdə mübarizəyə qoşulacaq komanda yoldaşlarından da medallar gözlədiyini vurğulayıb:

“Bürünc medal qızılın yerini vermir. Ancaq əsas odur ki, komandanın aktivinə medal yazdırdım. Bilirsiniz ki, güləşçilərdən çox şey gözləyirlər. Ağır artilleriyamız hələ bundan sonra yarışacaq. Millətin dediyi kimi, idmanın xüsusi təyinatları. İnşallah, digər güləşçilərimiz də medal qazanacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Final təyinatı onu kövrəltdi – Video

Final təyinatı onu kövrəltdi – Video

İsrail parlamenti buraxıldı - VİDEO

İsrail parlamenti buraxıldı - VİDEO

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

End of content

No more pages to load

RADİO