“Milli Məclisin üzvü öz səlahiyyətini aşıb”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında səsləndirib.
Onun sözlərinə görə, Milli Məclisin deputatı Eldəniz Səlimov polis zabitini yanına çağırıb və döyüb.
“Üstəlik hələ deyib ki, fəxr elə, səni Milli Məclisin deputatı döyüb”, deyə o, qeyd edib.
Xatırladaq ki, hazırda Milli Məclisdə Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı məsələ müzakirə edilir. Təqdimat parlamentə Baş prokuror Kamran Əliyev tərəfindən verilib.
Bizim.Media