“Səməd Səmədov sağlamlığına biganə yanaşırdı. Özündən başqa digər qohumları da koronavirusdan vəfat etmişdi. Xatırladıram ki, iyulun 1-də yoxlama apardığımız restoranda Xalq artisti də iştirak edirdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev səsləndirib.
Onun sözlərinə görə, kütləvi məclislərdə karantin davranış qaydaları kobud şəkildə pozulur, məclislərdə yenə də sosial məsafə gözlənilmir, tibbi maskadan istifadə edilmir:
“Bununla yanaşı, ictimai nəqliyyatda və əhalinin çox olduğu yerlərdə də qaydalara əməl olunmur”.
Bizim.Media