Ermənilər Laçın rayonunu tərk etməyə başlayıblar.
Bizim.Media-nın məlumatına görə, bu barədə BBC-nin Rusiya xidmətinin hazırladığı reportajda deyilir.
Reportajda bildirilib ki, 10 noyabrda əldə edilmiş razılaşmadan sonra əraziyə Rusiya sülhməramlıları cəlb olunub. Hazırda ermənilər Laçından qaçırlar.
Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, Ermənistan tərəfi dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana təhvil verməlidir.
Bizim.Media