Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının növbəti təyyarələri İrəvana yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, növbəti İl-76 və An-124 təyyarələri Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatda iştirak etmək üçün hərbi vasitələr və şəxsi heyətlə birgə İrəvan aerodromuna uçub.
Ümumilikdə, 10 noyabrdan bəri Qarabağ münaqişəsi zonasına 170-dən çox uçuş həyata keçirilib.
Bizim.Media