Şuşa uğrunda şəhid olan mayor Fərid Ələkbərovun xatirəsi anıldı - FOTO

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərid Ələkbərovun bu gün doğum günüdür.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar iyulun 18-də şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri qəhrəman zabitin İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Mayor Fərid Ələkbərovun xatirəsinin yad olunması məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda anım mərasimi keçirilib.
 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini polkovnik Emin Səfərov mayor Fərid Ələkbərovun müəllim kimi hərbi məktəbdə fəaliyyətindən geniş söhbət açıb, onun həm peşəkar hərbçi, həm də əsl pedaqoq olaraq tələbələri tərəfindən sevildiyini bildirib.


Natiq çıxışında Fərid Ələkbərovun 2014-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayora qədər yüksəldiyini, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 1980-cı il iyulun 18-də Bakıda anadan olub. O, 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub.

Bununla da kifayətlənməyən Fərid İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub və buranı da müvəffəqiyyətlə bitirib. O, 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib.


O, noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşıb.

Ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirən qəhrəman zabit düşmənin canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında müstəsna rol oynayıb.

Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri xiyabanda dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Şəmkirdə tövlədən meyit tapıldı

Şəmkirdə tövlədən meyit tapıldı

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Gömrük Komitəsinin İdarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Gömrük Komitəsinin İdarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

End of content

No more pages to load

RADİO