Çimərlik mövsümünün gətirdiyi qulaq ağrıları - Həkim MƏSLƏHƏTİ

Bildiyiniz kimi, çimərlik mövsümünün başlanğıcı ilə qulaq ağrıları mövsümü başlayır. Bəs bu ağrıların səbəbi nədir? Bunun qarşısını almaq üçün nə etməliyik?

Bizim.Media xəbər verir ki, Almaniyanın Darmştat şəhər xəstəxanasının qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin həkimi Cavid Hüseynzadə bu suallara aydınlıq gətirib.

Həkimin sözlərinə görə, problemin səbəbi xarici otit və ya “yay mövsümü” otiti bəzən də “üzgüçü qulağı” kimi adlanan - xarici qulaq keçəcəyinin kəskin iltihabıdır. Bu da çox ağrılı keçən bir xəstəlikdir, xüsusilədə uşaqlarda. Xarici qulaq keçəcəyi qulağın təbil pərdəsinə qədər olan hissəsidir. Xarici otit zamanı xarici eşitmə keçəcəyindəki dəri bölgəsi iltihablanır.

Xarici otitin yaranma səbəbləri hansılardır?

Ümumiyyətlə, bu həssas sahə təbii təbəqə serumen (qulaq kiri) tərəfindən qorunur.  Bu qoruyucu təbəqə, uzun müddət su ilə təmasda olduqda, xüsusi ilə xlorlu su, aradan qaldırılır və bu bölgədəki dəri çox həssas olur. Öz qoruyuculuğunu itirən dəri yüngül toxunmadan belə zədələnərək iltihaba təkan verir. İltihablaşmış dəri tezliklə infeksiyalaşır. Xarici qulaq keçəcəyinin dar, nəm və isti mühiti patogenlərin çoxalması üçün ideal bir mühitdir. Bir neçə saatdan sonra bu özünü qaşınma və ya qulaq ağrısı kimi birüzə verir.

Xarici otiti necə müəyyən edə bilərik?

Sadə bir testlə bunu bilmək olar: qulağ məməsini aşağıya çəkdiyimiz zaman və ya qulaq girişində yerləşən qığırdağa təzyiq göstərdiyimiz zaman ağrı baş verərsə, adətən bu xarici qulaq keçidinin iltihabıdır.

Ümumi simptomlar:

-Qulaqda qaşınma

-Qulaq qığırdağında ağrı

-Qulaqdan ifrazat

-Qızartı, şişkinlik

-Eşitmə zəifliyi

Bəs niyə uşaqlar daha çox əziyyət çəkir?

Bildiyiniz kimi, böyüklərdən fərqli olaraq, uşaqlar tez-tez suya atlayır və suda daha çox vaxt keçirirlər. Bundan əlavə, uşaqlar, qulaq infeksiyalarına xüsusilə meyilli olurlar, çünki nazofarenks (burun-udlaq) və orta qulaq (qulaq sümükcüklərinin yerləşdiyi bölgə) arasında əlaqə böyüklərlə müqayisədə daha qısa və genişdir - bu da bakteriyaların və mikrobların daha sürətli yayılmasına imkan verir.

Bu xoşagəlməz ağrılardan qurtulmaq üçün sizlərə bir neçə tövsiyəm olacaq. Bunları etdikdə qulaq ağrısı ilə evdə oturma riskini azaldacaqsınız.

Sudan çıxdıqdan sonra reflektor olaraq bir çoxlarımız qulaqdakı suyun boşaldılması üçün, biz daha çox barmağımızla qulağımızı sıxırıq. Bu düzgün deyil, çünki bunu edərək barmaqlarınızla xarici qulaq keçəcəyini asanlıqla zədələyə bilərik və buda itihablaşmaya səbəb olur. 

Məsləhətim - qulaqdakı suyu başımızı yana əyərək dəsmalla təmizləmək yetərlidir.

Bir az qəribə səslənə bilər, ancaq çimdikdən sonra otitin qarşısını almaq üçün saç fenindən istifadə edərək qulaqlarınızı quruda bilərsiz. Saç feni ilə qulağınız arasında tövsiyə olunan məsafə 30 santimetrdir və sürəti ən aşağı səviyyəyə qoyulmalıdır.

Əgər uşağınız qulaqda suyun mövcudluğundan şikayətlənirsə, bu halda qulağın üzərinə bir dəqiqədən az bir müddərə isti dəsmalla basın. Sonra başınızı bir dəqiqə ərizində yan tərəfə əyin və maye sızana qədər proseduru təkrarlayın. İstilik eşitmə keçidini genişləndirir və mayenin axışını sürətləndirir.

Mümkünsə, xüsusilə yay aylarında qulaq keçidlərinin süni bağlanmasından imtina edin. Bu hovuz üçün nəzərdə tutulan qulaqcıqlarada aiddir. Çünki onlar xarici qulaq keçəcəyini rütubətdə saxlayırlar və bakteriyaların çoxalmasına şərait yaradırlar.

Qulaq çöpünün daim istifadəsi, xarici qulaq keçidində kiçik travmalar yaradaraq, qoruyucu təbəqəni zədələyir və infeksiyalaşmaya səbəb olur. 

Həkimə nə zaman müraciət etməliyəm? Əgər qulaq ağrısı axşam saatlarında baş verərsə, ilkin müalicə kimi ağrıkəsici qəbul edə bilərsiniz. Soyuq kompresslərin qoyulması qulağın ağrılarını azaldır. Lakin, növbəti səhər dərhal həkim otorinolaringoloqa müraciət etmək məslət görülür. Bəzən sistemik antibiotiklərlə müalicə tələb oluna bilər. Zamanında müalicə olunan otit bir neçə gün ərzində tamamilə sağalır. Amma müalicə olunmadıqda, iltihab orta qulağa yayıla bilər və beləliklə ağırlaşmalara səbəb ola bilər.

Son tövsiyyəm, mütəmadi olaraq həkim-otorinolarinqoloqa müraciət edin. Xüsusilə tətilə gedərkən və ya hovuza abunə almadan əvvəl - qulaqlarda kirin olmasını və ya otomikozu (qulaq kanalının göbələk infeksiyası) istisna edin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

Bu meyvə xərçəngin düşmənidir

Bu meyvə xərçəngin düşmənidir

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

Buna görə illərdir imicini DƏYİŞMİR

Buna görə illərdir imicini DƏYİŞMİR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

End of content

No more pages to load

RADİO