ABŞ-ın “Fox News” telekanalının aparıcısı Taker Karlson deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə reportaj hazırlamaq cəhdindən sonra izlənilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Axios” nəşri yayıb.
Mənbə yazır ki, jurnalist Amerikada olan Kreml vasitəçiləri ilə Vladimir Putindən müsahibə almaq üçün danışıq aparıb. Bundan sonra o, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənib.
ABŞ rəsmiləri də Karlsonun Rusiya prezidentindən müsahibə almaq cəhdindən xəbər tutub.
Karlson qeyd edib ki, səlahiyyətlilərin onun əlaqələri haqda məlumatı olub və bu bu arqumentə görə nəzarətdə saxlanılıb.
Bizim.Media