"COVID-19-un siyasi virus olduğu təsdiqlənir" – Lavrovdan ABŞ-a sərt ittiham

Rusiya xarici işlər naziri Sergey Lavrovun İyulun 6-da İndoneziyaya rəsmi səfəri baş tutub. Ölkə rəsmiləri ilə  görüşlərdən sonra mətbuata müsahibə verən nazir ABŞ-la bağlı səsləndirdiyi fikirlərlə yadda qalıb. 

Belə ki, Lavrovun çıxışı zamanı Ağ Evi ittiham edən bəyanatlar verməsi bizə son zamanlar Rusiyanın tutduğu sərt mövqeyin səbəblərini anlamaqda yardımçı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti müharibə hansı ölkələrdə olacaq? – Rusiyanın STOP işarəsi


Rusiyalı nazir ilk olaraq, rəsmi Vaşinqtonu Moskvaya qarşı doğru olmayan siyasi manevrlər etməkdə günahlandırıb. Belə ki, Lavrov Ağ Evin Kremllə normal dialoq qurmaq əvəzinə güc dili ilə danışmasının əlverişli olmadığını bildirib. Nazir, eyni zamanda “Bizə qarşı düşmənçilik yönündə atılan addımlara sərt və qətiyyətli şəkildə cavab verəciyik”,- deyə səsləndirdiyi fikirlərlə Moskvanın istənilən təhlükəyə qarşılıq vermək niyyətində və iqtidarında olduğunu dünyaya çatdırıb.

Lavrovun anti-ABŞ fikirləri isə yuxarıdakılarla yekunlaşmayıb. Rusiyalı nazir Ağ Evi, həmçinin dürüst davranmamaqda ittiham edib.

Lavrovun sözügedən fikirlərinin əsas mənbəyi isə, iyunun 16-da Cenevrədə İki ölkə liderlərinin görüşündə Co Bayden tərəfindən qeyd olunan ifadələrə rəsmi Vaşinqtonun sadiq qalmamasıdır. Konstruktiv danışıqların aparıldığı və müsbətə doğru inkişafın təməllərinin qoyulduğu bildirilən müzakirələrdən dərhal sonra, Birləşmiş Ştatların Rusiyanı qıcıqlandıracaq hərəkətlərə yol verməsini nəzərə alsaq, Lavrovun bu cür açıqlamalarının səbəblərini də asanlıqla başa düşə bilərik.

Rusiyalı nazirin fikirlərindən göründüyü kimi, ABŞ-ın Rusiyaya qarşı manevrləri rəsmi Moskvada ciddi narahatlıq doğurub.

Liderlərin görüşündən sonra baş verən proseslərə nəzər saldıqda görə bilərik ki, Kreml sözügedən narazılıqlarda heç də haqsız deyil. Görüşdən bir neçə gün sonra verilən sanksiya hazırlıqları mesajları, NATO-nun Qara dənizdə fəallığı, eyni zamanda təşkil olunması planlaşdırılan ABŞ və Şərqi Avropa ölkələrinin birgə hərbi təlimləri, Lavrovun da dediyi kimi, həqiqətən də, Rusiyaya qarşı meydan oxumaqdır.

Ümumilikdə isə, həm Lavrovun fikirləri, həm də mövcud situasiya dünya nəhənglərinin yeni macəra axtarışında olduğunu deməyə əsas verir. Atılan gözlənilməz addımlar, səsləndirilən qeyri-adi ittihamlar isə tarix boyu sülhə həsrət qalan bəşəriyyətın vüsalının uzun müddət davam edəcəyinin göstəricisidir. 

Hər nə qədər, dünyaya böyük zərərlər vursa da, pandemiyanın mübahisələrə son qoyacağını, ən azı müəyyən məsələlərdə beynəlxalq ictimaiyyətin eyni pərdədən çıxış edəcəyini ehtimal etmək olardı. Lakin gözlənənlərin əksinə, “COVİD-19” bəlası uçurumlara körpü olmaq əvəzinə onu daha da genişləndirdi.

Vəziyyətin bu cür çıxılmaz hal alması isə, pandemiyanın özünün silah olduğu ilə bağlı iddialara haqq qazandırır.

Böyük güclərin nüfuz oyunun qarşımıza daha hansı sürprizləri çıxaracağını isə zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

End of content

No more pages to load

RADİO