Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Bizim.Media xəbər verir ki, seminarda beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan verilib.
Nəticədə Azərbaycanlı hakim Akif Tahirov beynəlxalq dərəcəli hakim adına layiq görülüb.
Namizədlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.
Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.
Bizim.Media