Alzheimerdən qorunmaq üçün nə etməli? – ARAŞDIRMA

Demanın ən çox rast gəlinən formalarından biri olan Alzheimer xəstəliyi xüsusilə 65 yaşdan yuxarı insanlarda müşahidə olunur. Yaş artdıqca xəstəliyin yayılma ehtimalı da artır. Tamamilə qarşısını almaq mümkün olmasa da, gənc yaşlardan tətbiq edilən sadə yaşam tərzi dəyişiklikləri riskin azalmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada təxminən 57 milyon insan demansdan əziyyət çəkir və onların 60-70 faizi Alzheimer xəstəsidir. Bu da dünyada 34-40 milyon insanın Alzheimer ilə yaşaması deməkdir. Hər il əlavə olunan 10 milyon yeni halın 2050-ci ildə 139 milyona çatacağı proqnozlaşdırılır.

Azərbaycan da daxil olmaqla bir çox ölkədə bu xəstəlik getdikcə daha çox insanı əhatə edir. Türkiyədə təxminən 700 min nəfər Alzheimer və digər demans formaları ilə yaşayır. Uzunmüddətli müalicə və baxım tələb edən bu xəstəlik təkcə xəstələri deyil, onların ailələrini də ciddi sınaq qarşısında qoyur.

Marmara Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasının Neyrologiya Klinikasından Dr. Hatice Ömercikoğlu Özden xəstəliyin qarşısının alınması yolları ilə bağlı mühüm məqamlara diqqət çəkib:

Zehni aktiv qalmaq – Beyni qorumağın ən təsirli üsullarından biridir. Bunun üçün yalnız kitab oxumaq və ya krossvord həll etmək kifayət etmir. Yeni biliklər əldə etmək, öyrənməyə davam etmək beyin sağlamlığını gücləndirir.

Sağlam həyat tərzi – Düzgün qidalanma, fiziki aktivlik və sosial əlaqələri qorumaq Alzheimer riskini azaldan əsas amillərdəndir.

Xroniki xəstəliklərin nəzarətdə saxlanması – Yüksək təzyiq, şəkərli diabet və ürək-damar problemləri Alzheimer riskini artırdığı üçün bu xəstəliklərin vaxtında müalicəsi böyük əhəmiyyət kəsb edir.

Siqaret və alkoqoldan uzaq durmaq – Beyin hüceyrələrinə zərər verən bu vərdişlər həm ümumi sağlamlığa, həm də yaddaşa mənfi təsir göstərir.

Mütəxəssislər vurğulayır ki, Alzheimerdən tam qorunmaq mümkün olmasa da, erkən dövrdən atılan kiçik addımlar xəstəliyin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

End of content

No more pages to load

RADİO