Yeni mədəni müharibə: Milli kimliyimiz rəqəmsal cəbhədə necə qorunur?

Müasir dövrümüzdə informasiya yalnız texniki resurs deyil o həm də dəyərlərin ötürücüsü, kimliyin daşıyıcısı və ictimai münasibətlərin əsas strukturudur. Xüsusilə Azərbaycan kimi zəngin tarixi və mədəni irsə sahib ölkələrdə, media informasiya aləti olmaqdan daha artıq ideoloji, siyasi və mənəvi suverenliyin müstəvisinə çevrilmişdir. Bu baxımdan, milli dəyərlərin qorunması ilə media strategiyalarının ahəngdar şəkildə qurulması, təkcə mədəni siyasətin deyil, ümumilikdə milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

Milli dəyərlər anlayışı çox vaxt keçmişin konservasiyası kimi dəyərləndirilir: tarix, adət-ənənə, dini ayinlər, ailə münasibətləri və folklor. Halbuki bu dəyərlər cəmiyyətin özünüdərkinin, kimlik yaddaşının və gələcəyə inşa etdiyi mədəni məkanın özəyidir. Azərbaycanda bu dəyərlər yalnız tarixi keçmişdən qaynaqlanmır. Onlar Qarabağ Zəfəri ilə tamamlanan bir mərhələdə yenidən ideoloji və simvolik gücə çevrilib. Hər bir şəhidin xatirəsi, hər bir qədim torpağın azad olunması bu dəyərlərə həyat verir.

Burada əsas məsələ bu dəyərləri yalnız yaşatmaq yox, müasir gəncliyə və gələcək nəsillərə necə ötürməkdir. Məhz bu nöqtədə media  xüsusilə də rəqəmsal media əsas silaha çevrilir. Çünki bu günün informasiya qəbulu ənənəvi ailə və məktəb mühitindən daha çox sosial şəbəkələr və onlayn platformalar vasitəsilə baş verir.

Azərbaycan mediasının qarşısında duran əsas çağırışlardan biri budur: təqdim etdiyi məzmun milli kimliyi qoruyurmu, yoxsa yadlaşdırırmı?

Media təkcə informasiya yaymır, həm də ictimai şüuru formalaşdırır, gənclərin qəhrəman obrazını, ailə modelini, qadın və kişi rollarını müəyyənləşdirir. Əgər bu məzmun milli dəyərlərlə uzlaşmırsa, informasiya hərbi silahdan daha təhlükəli nəticə doğura bilər.

Bu səbəbdən, media strategiyası yalnız peşəkar jurnalistika standartlarını deyil, ideoloji məsuliyyəti də əhatə etməlidir. Məsələn, Qarabağ zəfərinin mediada təqdimatı, yalnız hərbi uğur kimi yox, həm də milli ruhun dirçəlişi, vətən sevgisinin ifadəsi, ümummilli həmrəyliyin simvolu kimi təqdim olunmalıdır. Bu isə dövlət tərəfindən planlaşdırılan və dəstəklənən strateji media proqramları ilə mümkündür.

Gənc nəsil artıq televiziyadan çox, TikTok, İnstagram, YouTube kimi platformalarda zaman keçirir. Ona görə də milli dəyərlərin təbliği sırf təmtəraqlı bayram reportajları və rəsmi çıxışlarla həyata keçə bilməz. Qısametrajlı videolar, vizual kampaniyalar, sosial media trendlərinə uyğunlaşmış kontent milli dəyərləri müasir üslubda çatdırmağın açarıdır.

Media məzmunu hazırlanarkən, cəlbedici forma ilə dərin məzmunun balansı qorunmalıdır. Vətənpərvərlik mövzusunda hazırlanmış bir video estetik və emosional baxımdan zəngin olmadıqca, o gəncin qavrayışında “propaganda” kimi qarşılanacaq. Media mütəxəssisləri psixoloji manipulyasiyanı öz əleyhinə yox, xalqın mənafeyi üçün istifadə etməyi öyrənməlidirlər.

MEDİA və mediamız

Azərbaycan, xüsusilə də post-Qarabağ dövründə daha sistemli informasiya hücumlarına məruz qalır. Bu hücumlar hərbi xarakter daşımır – ideoloji və simvolik müstəvidə baş verir. Tarixi faktların təhrif edilməsi, milli liderlərin nüfuzuna xələl gətirən kampaniyalar, Azərbaycanın beynəlxalq imicinə yönəlmiş “soft power” yəni yumşaq güc təsirləri hər gün yeni formatda qarşımıza çıxır.

Buna qarşı reaktiv yox, proaktiv yanaşma tələb olunur. Azərbaycan media qurumları, sosial platformalar və analitik mərkəzlər ideoloji təxribatları vaxtında aşkarlayan və dərhal cavab verən struktur halına gəlməlidir. Burada həm yerli jurnalistlərin, həm də gənc “media könüllülərinin” hazırlığı ön plana çıxır. Dövlət bu sahədə həm təlimlər, həm də maddi və texniki dəstək vasitəsilə milli informasiya təhlükəsizliyini təşkil etməlidir.

Yazının əvvəlində dediyimiz kimi, müasir media strategiyası yalnız texnologiya üzərində qurula bilməz. Onun əsas sütunu insan resursudur – jurnalist, bloqqer, kontent yaradıcısı və analitik. Bu şəxslərin hamısı dəyərlər sisteminə bağlı olmalı, ölkənin ideoloji suverenliyinin məsuliyyətini daşımalıdır.

kiber 1

Bu məqsədlə, peşəkar təlim proqramları, medianın vətənpərvərlik istiqamətində rolu üzrə seminarlar, simpoziumlar və media etikası kursları təşkil olunmalıdır. “Söz azadlığı” anlayışı ilə “milli maraqlar” arasındakı zərif tarazlıq hər bir jurnalist üçün öyrədilməlidir.

Milli dəyərlərin qorunması təkcə mədəni və mənəvi məsələ deyil, ideoloji müstəqillik məsələsidir. Bu dəyərlər qorunmadıqca, heç bir informasiya neytral deyil  hər biri ya kimliyi möhkəmləndirir, ya da zəiflədir. Azərbaycanda bu məsələyə verilən yeni diqqət layihələrin dəstəklənməsi, məqalə müsabiqələri, tematik təlimlər və strateji yanaşma doğru istiqamətdə mühüm addımlardır.

Ancaq bu proses uzunmüddətli və davamlı olmalıdır. Bu, bir dəfəlik kampaniya yox, mədəni müqavimət strategiyası kimi dərk edilməlidir. Media yalnız informasiyanın deyil, həm də kimliyin daşıyıcısıdır. O kimliyi yaşatmaq üçün media özü də milli ruhla yaşamalıdır.

Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

Nazirlik işə qəbul ELAN EDİR

Nazirlik işə qəbul ELAN EDİR

Roza Zərgərli qızı ilə — FOTO

Roza Zərgərli qızı ilə — FOTO

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

End of content

No more pages to load

RADİO