Kritik informasiyalarla bağlı müzakirələr APARILDI - DTX və XRİTDX üzvlərinin iştirakı ilə KOMİSSİYA İCLASI

Kritik informasiya infrastrukturunun təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsinin ilkin mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli qurum olan Dövlət Təhlükəsizliyi Xidmətindən əldə edilmiş məlumata əsasən, müvafiq sahədə normativ hüquqi aktlarla təsbit edilmiş tələblərə riayət edilməsi vəziyyətinin yoxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər, qarşıya çıxan çətinliklər, eləcə də onların aradan qaldırılmasına dair məsələlər aidiyyəti Komissiyanın iclasında müzakirə edilib.

Komissiyanın Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən olan üzvləri iclasda tam tərkibdə iştirak edib.

İclas zamanı kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı həyata keçirilmiş ilkin qiymətləndirmələrin nəticələri kollegial formada müzakirəyə çıxarılıb.
 

Həmçinin bildirilib ki, bəzi kritik informasiya infrastrukturlarında aşkar edilmiş bir sıra nöqsanların aradan qaldırılması da təmin edilib.


Müzakirələr nəticəsində ölkənin kritik informasiya infrastrukturunun müasir kibertəhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi istiqamətində yeni hədəflər müəyyən edilib. Bununla yanaşı, səlahiyyətli qurum tərəfindən təsdiq olunmuş plan əsasında kritik informasiya infrastrukturu subyektlərində ümumi və xüsusi təhlükəsizlik tələblərinə riayət olunmasına dair Komissiya tərəfindən həyata keçiriləcək yoxlamalarla bağlı məsələlərə baxılıb.

İclasın gündəliyində nəzərdə tutulmuş cari mövzularla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir sıra digər məsələlərin də müzakirəsi aparılıb.

Beynəlxalq təcrübəyə (NIS-2, CSF 2.0) uyğun olaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblərin təkmilləşdirilməsi, habelə risklər və müasir kibertəhdid modelləri nəzərə alınmaqla, kritik informasiya infrastrukturu obyektlərinin siyahısının daim yenilənməsi milli maraqların təmin olunması baxımından vacib hesab edilib.

Göstərilənlər nəzərə alınaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihə təklifinin aidiyyəti üzrə təqdim edilməsi, habelə ölkədə xüsusi əhəmiyyətli sənaye idarəetmə sistemlərinin (SCADA) diqqətdə saxlanılması və siyahısının təkmilləşdirilməsinin zəruri olduğu bildirilib.

Bununla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblərə riayət olunmasına nəzarətin gücləndirilməsi də müzakirə edilib.

Müzakirələr zamanı kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etdiyi vurğulanıb.

Habelə, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə əlaqədar kibertəhlükəsizlik xidməti provayderinə dair tələblərə uyğun olmayan hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərdən asılılığın aradan qaldırılmasının vacibliyi qeyd olunub.
 

Komissiyanın iclasında, Milli kibermərkəzin aidiyyəti subyektlərlə kriptoqrafik mühafizə vasitəsindən istifadə etməklə məlumat mübadiləsi apardığı bildirilib və bu təcrübənin sahə üzrə standartlar nəzərə alınmaqla daha da təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilib.


Məlumat üçün qeyd edək ki, sözügedən Komissiya, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasının təşkili ilə yanaşı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçirilən tədbirlərin qiymətləndirilməsi, görülmüş işlərin nəticələrinə dair dövri hesabat və məlumatların hazırlanması, habelə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə və ya təhlükəsizlik üzrə kritik hal baş verdikdə, təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə müvafiq qaydada məsələnin qaldırılmasına məsuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

"Bir daha həmin yerə getmərəm"

"Bir daha həmin yerə getmərəm"

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Türkiyə millisinə yeni himn bəstələyəcək

Türkiyə millisinə yeni himn bəstələyəcək

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

54 ildən sonra Yerin tam fotosu çəkildi

54 ildən sonra Yerin tam fotosu çəkildi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

"10 yaşımda metronun qabağında qələm satırdım"

"10 yaşımda metronun qabağında qələm satırdım"

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

End of content

No more pages to load

RADİO