Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında Tədbirlər Planına uyğun olaraq Azərbaycan və Rusiya sərhəd xidmətlərinin sahil mühafizə qurumlarının sərhəd gözətçi gəmilərinin qarşılıqlı ziyarət tədbiri çərçivəsində cari ilin 23 sentyabr tarixində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlib.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.

Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil ediləcəkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda evdən işləmək qanuniləşəcək — Deputat açıqladı

Azərbaycanda evdən işləmək qanuniləşəcək — Deputat açıqladı

“Neftçi” müdafiəçi transfer etdi

“Neftçi” müdafiəçi transfer etdi

"Azərikard"da yaranan problem ARADAN QALDIRILDI

"Azərikard"da yaranan problem ARADAN QALDIRILDI

İmtahanda maksimum nəticə toplayanların ADLARI

İmtahanda maksimum nəticə toplayanların ADLARI

Naxçıvanda sel: Bəzi çaylar daşdı - VİDEO

Naxçıvanda sel: Bəzi çaylar daşdı - VİDEO

İyunun 7-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

İyunun 7-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Daha bir futbolçu “Zirə”ni tərk etdi

Daha bir futbolçu “Zirə”ni tərk etdi

Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur - FOTO

Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur - FOTO

“Yeraltı”dan ayrıldı

“Yeraltı”dan ayrıldı

Qızıl kəskin UCUZLAŞDI

Qızıl kəskin UCUZLAŞDI

Tramp İranı danışıqları dayandırmaqla HƏDƏLƏDİ - FOTO

Tramp İranı danışıqları dayandırmaqla HƏDƏLƏDİ - FOTO

Pakistan hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət etdi - FOTO

Pakistan hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət etdi - FOTO

Sertifikasiya imtahanının 5-ci günü: 6500-ə yaxın müəllim iştirak etdi - FOTO

Sertifikasiya imtahanının 5-ci günü: 6500-ə yaxın müəllim iştirak etdi - FOTO

Arvadına mesaj göndərən dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI

Arvadına mesaj göndərən dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI

Sumqayıtda yük avtomobilləri toqquşdu - VİDEO

Sumqayıtda yük avtomobilləri toqquşdu - VİDEO

Bakıda zibillikdən tapılan “Chevrolet Cobalt”la bağlı RƏSMİ AÇIQLAMA

Bakıda zibillikdən tapılan “Chevrolet Cobalt”la bağlı RƏSMİ AÇIQLAMA

Anar Bayramov daha bir direktoru İŞDƏN ÇIXARDI

Anar Bayramov daha bir direktoru İŞDƏN ÇIXARDI

Azərbaycanın iki rayonunda qaz olmayacaq

Azərbaycanın iki rayonunda qaz olmayacaq

İraq Prezidenti İlham Əliyevi təbrik etdi

İraq Prezidenti İlham Əliyevi təbrik etdi

Sabah Aşura günüdür – QMİ əhaliyə MÜRACİƏT ETDİ

Sabah Aşura günüdür – QMİ əhaliyə MÜRACİƏT ETDİ

Bakıda telefonunu maşına çırpıb pul tələb edən ŞƏXS SAXLANILDI - VİDEO

Bakıda telefonunu maşına çırpıb pul tələb edən ŞƏXS SAXLANILDI - VİDEO

Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürüldü

Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürüldü

Kürdəmirdə yük maşını hərəkətdə olarkən alışıb YANDI - FOTO

Kürdəmirdə yük maşını hərəkətdə olarkən alışıb YANDI - FOTO

Nazirlikdən sosial ödənişlərlə bağlı MƏLUMAT

Nazirlikdən sosial ödənişlərlə bağlı MƏLUMAT

End of content

No more pages to load

RADİO