Hamlet İsaxanlı iddialara aydınlıq gətirdi: "Yeni rektor qızım deyil, qohumumdur"

"15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunmuşdu. Birinci rektor Nyu-York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq".

Bizim.Media xəbər verir ki, bu sözləri teleqraf.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı rektor təyinatı ilə bağlı danışarkən deyib.

O, yeni rektorun bütün fəaliyyətinin universitetlə bağlı olduğunu vurğulayıb.
 

"2010-cu ilə qədər universitetdə qurucu rektor kimi fəaliyyət göstərmişəm. Elə həmin ildən qərara gəldim ki, daha çox strateji məsələlərlə məşğul olum və rektor vəzifəsinə yeni şəxslər təyin edilsinlər. Bu məqsədlə həm özümüz namizədlər axtarır, həm də təkliflərə açıq oluruq. Proses, adətən, uzun çəkir, çünki hər bir namizədlə görüşlər keçirir, fikirləri dəyərləndiririk. Xaricdən və ölkə daxilindən namizədlərimiz olur.


Nizamnaməyə əsasən, rektor Direktorlar və Qəyyumlar Şurası tərəfindən təsdiqlənir. Bu dəfə Razia xanımın üzərində dayandıq.

Onun bütün fəaliyyəti Xəzər Universiteti ilə bağlı olub. Bakalavr, magistr təhsilini fərqlənmə ilə bitirib. Universitetdə müəllim kimi çalışıb. Dəfələrdə xarici ölkələrdə təcrübə keçib. Təhsilini xaricdə davam etdirməsi üçün biz onu Finlandiyaya göndərmişdik. Orada doktorluq dərəcəsini uğurla müdafiə etdi. Qayıtdıqdan sonra Razia xanım fakültə dekanı seçildi. Son dərəcə fəal və təşəbbüskar bir insandır, ingilis dilini əla bilir", - universitetin təsisçisi qeyd edib.

Hamlet İsaxanlı yeni rektorun onun qızı olması barədə yayılan fikirlərə də münasibət bildirib:

"O, mənim qızım deyil, lakin qohumumdur və bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Razia xanım əmim oğlunun qızıdır, qeyri-adi dərəcədə qabiliyyətli insandır. İndiyədək bu vəzifədə olanların heç biri mənim qohumum və ya tanışım olmayıb".

Qeyd edək ki, Xəzər Universitetinə yeni rektor təyin edilib. Bu posta Razia İsayeva gətirilib. Bildirilib ki, R.İsayeva bundan əvvəl universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

End of content

No more pages to load

RADİO