Bakıda bıçaqlanma hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb.
Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: "Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək". (Lent.az)
Bizim.Media
