Elektron qəlyan çəkənlərin NƏZƏRİNƏ - Küçədə tutub DÖYƏCƏKLƏR

Sinqapur hakimiyyəti veyplərlə (elektron qəlyan) bağlı qanunvericiliyi kəskin sərtləşdirdiyini elan edib. Ölkədə fiziki (çubuqla döymək) və uzunmüddətli həbs cəzaları tətbiq olunacaq, cərimələr isə dəfələrlə artırılacaq.

Bizim.Media xəbər verir ki, 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalar hökumət yeni daimi qanunvericiliyi hazırlayana qədər altı ay müddətinə təcili tədbir olaraq tətbiq ediləcək. Yeni qanun artıq 2026-cı ilin əvvəlində qəbul olunacaq.
 

Bu sərt tədbirlərin əsas səbəbi gənclər arasında sürətlə yayılan, tərkibində sedativ maddə etomidat olan qeyri-leqal veyplərin populyarlığıdır. Qara bazarda Kpods və ya "zombi-podlar" kimi tanınan bu cihazlar standart narkotik testlərində aşkarlanmayan vasitə kimi reklam olunur.


Son aylarda sosial şəbəkələrdə gənclərin belə veyplərdən istifadə etdikdən sonra qeyri-adekvat davranışlarını göstərən videolar yayılmağa başlayıb ki, bu da hakimiyyətin ciddi narahatlığına səbəb olub. İyul ayında müsadirə edilmiş 100 veypin təsadüfi nümunəsinin analizində onların üçdə birində etomidat aşkar edilib.

İndi isə 2025-ci il sentyabrın 1-dən etomidat və ona yaxın maddələr Sinqapurda C sinifli narkotiklər kimi rəsmi təsnif ediləcək. Etomidat tibbi anestezikdir və qanuni istifadəsi yalnız klinikalarda qısamüddətli narkoz üçün icazəlidir.

Yeni qaydalar aşağıdakı cəzaları müəyyən edir:

İstifadəçilər üçün

• İstənilən veypi almaq, saxlamaq və ya istifadə etmək üçün cərimə dörd dəfə artırılaraq 500-dən 2000 Sinqapur dollarına (1500 ABŞ dolları) qaldırılıb.

• İlk pozuntuya görə 700 Sinqapur dolları cərimə nəzərdə tutulub.

• Etomidatlı veyplərin istifadəsi daha sərt cəza və məcburi dövlət reabilitasiyasına səbəb olacaq.

Adi veyplərin satıcıları üçün

• 2 ildən 10 ilə qədər həbs və 2-5 çubuq zərbəsi.

Etomidatlı veyplərin yayılması və idxalçıları üçün

• 20 ilə qədər həbs və 15 çubuq zərbəsi.

• Çubuqla cəza (caning) Sinqapurda zorlamaya, qarətə və vandalizmə görə tətbiq olunan ağır fiziki cəzadır.

Əcnəbilər üçün qaydalar

• Turistlər və qısamüddətli vizası olanlar təkrar pozuntuya görə ölkədən birdəfəlik çıxarılacaq.

• Uzunmüddətli vizası və iş icazəsi olanlar isə üçüncü pozuntudan sonra deportasiya ediləcək və Sinqapura qayıtmaq ömürlük qadağan olunacaq.
 

Daha əvvəl Sinqapur hakimiyyəti veyplərlə mübarizə üzrə genişmiqyaslı kampaniya başlatmışdı. Çanqi beynəlxalq hava limanında maarifləndirici plakatlar və xüsusi utilizasiya qutuları quraşdırılıb ki, ölkəyə gələnlər veypləri cəriməsiz ata bilsinlər.


Quru və dəniz sərhədlərində yoxlamalar gücləndirilib, ictimai yerlərdə - nəqliyyatda və parklarda patrullar keçirilir, vətəndaşların çantaları yoxlanılır. Məktəblərdə isə maarifləndirmə proqramı tətbiq olunub.

Qeyd edək ki, ölkədə 2018-ci ildən tam veyp qadağası qüvvədədir. /Lent.az 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndinin erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxdı - VİDEO

Xankəndinin erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxdı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

Gela Vasadzenin anası vəfat etdi

Gela Vasadzenin anası vəfat etdi

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Suriyada parlament seçkiləri təxirə salındı

Suriyada parlament seçkiləri təxirə salındı

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

End of content

No more pages to load

RADİO