Saxta aksiz markalı külli miqdarda alkoqollu içki dövriyyədən ÇIXARILDI

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlak bazarında aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının qarşısının alınması istiqamətində vergi nəzarəti tədbirlərini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Xidmətin yaydığı məlumatda deyilir.
 

Bildirilib ki, 2025-ci ilin iyul - avqust aylarında Dövlət Vergi Xidməti tərəfindən müxtəlif sahibkarlıq subyektlərində həyata keçirilən əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq dövriyyədən çıxarılıb.


Belə ki, Bakı şəhəri, Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Abşeron rayonu, Xırdalan şəhərində Bağırov Asif Vasil oğluna məxsus satış obyekti və anbarında 1.491 ədəd, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Osmanov Kamran Mair oğlunun və Rəsulov Orxan Valeh oğlunun satış obyektlərində müvafiq olaraq 383 və 169 ədəd, Qusar rayonunda “P1ONEER” MMC-yə aid anbarda və Aydınov Fətulla Abdulla oğluna məxsus satış obyektində müvafiq olaraq 3.012 və 608 ədəd, Göyçay rayonunda isə Məmmədov Elvin Əlövsət oğluna məxsus satış obyektində 49 ədəd olmaqla ümumilikdə 6.552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq götürülüb.

Bundan başqa, paytaxtın Maştağa qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri zamanı Rəhimov İsrafil Əvəz oğlu və Məmişov Elgün Əlixan oğlunun kustar üsulla alkoqollu içki istehsalı ilə məşğul olduqları və həmin məhsullara saxta aksiz markaları tətbiq etdikləri aşkarlanıb.

Keçirilmiş əməliyyat təbdiri zamanı 12.700 ədəd saxta aksiz markası, saxta aksiz markaları ilə markalanmış 2.604 ədəd alkoqollu içki, həmçinin alkoqollu içki istehsalı prosesində istifadə olunan avadanlıq, xammal və digər mallar aşkar edilərək götürülüb.
 

Dövlət Vergi Xidməti bildirir ki, aksiz markalarının tətbiqi bu sahədə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə fiskal nəzarətin təmin edilməsi ilə yanaşı, həm də ictimai sağlamlığın qorunması, mənşəyi məlum olmayan, keyfiyyətsiz və insan həyatı üçün təhlükə yaradan məhsulların istehlak bazarından çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.


Qeyd olunan hüquqpozmaların qarşısının alınması məqsədilə genişmiqyaslı vergi nəzarəti tədbirləri bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək və qanunsuz fəaliyyət göstərən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri tədbirləri görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

End of content

No more pages to load

RADİO