Ali Məhkəmədən mənəvi zərərlə bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmənin Mülki kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, yeni qərarla mənəvi zərərlə bağlı tələbin davam etdirilməsinə dair məsələyə aydınlıq gətirilib.

Belə ki, iş üzrə iddiaçı həm maddi, həm də mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən mənəvi təzminat və vəkil xərclərinin ödənilməsi barədə qərar verib. Lakin iddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonra vəfat edib.

Bu halda əsas hüquqi məsələ iddiaçının vəfat etməsinin mənəvi zərərin ödənilməsi tələbinə təsiri ilə bağlıdır.

Ali Məhkəmənin mövqeyinə görə, iddiaçı qətnamə qəbul edilənə qədər vəfat edərsə, iş üzrə icraata xitam verilə bilər. Lakin qətnamə qəbul edildikdən sonra iddiaçının ölümü işin icraatına maneə yaratmır və mənəvi zərərin ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər.

Mənəvi zərərin özü şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranan zərərdir və ilkin mərhələdə şəxsi hüquq kimi qəbul edilir.

Lakin bu tələb hüquqi prosedur əsasında irəli sürüldükdən sonra, yəni iddiaçının məhkəməyə müraciəti və ya yazılı tələb göndərməsi ilə artıq hüquqi baxımdan əmlak xarakteri daşıyır.

Bu da mənəvi zərərin ödənilməsi tələbinin şəxsin ölümündən sonra da vərəsələrə keçməsini mümkün edir.
 

Mülki Məcəllənin 1151.1-ci maddəsi də göstərir ki, miras qoyanın malik olduğu əmlak hüquqları və öhdəlikləri onun vəfatı ilə vərəsələrə keçir. Bu səbəbdən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar da, əgər tələb müvafiq qaydada irəli sürülübsə, vərəsələr tərəfindən təqib edilə bilər.


Yekun olaraq vurğulamaq lazımdır ki, mənəvi zərərin ödənilməsi tələbi məhkəməyə təqdim edildikdən sonra, bu tələb artıq şəxsə bağlı şəxsi hüquq statusundan çıxaraq, əmlak hüququna çevrilir və iddiaçının vəfatından sonra da hüquqi davamlılığı təmin olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

Sikorski: Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

End of content

No more pages to load

RADİO