Şəki "ASAN Xidmət" mərkəzinin ikinci mərtəbəsində valideynlərinin gözündən yayınan 4 yaşlı Mələk Həbibova yıxılaraq ağır bədən xəsarətləri alıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna hadisə şahidləri məlumat veriblər.
Azyaşlı dərhal yaxınlıqdakı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu