Kredit götürmək istəyənlər oxusun – Bunu etməyin, əks halda…

Bəzi banklar digər banklarda krediti olan müştərilərə borclarını bağlamaq üçün komissiyasız kredit təklif edir. Lakin bu cür imkanların arxasında müəyyən risklər də dayanır. Bildirilir ki, bu, müştəri üçün əlavə öhdəliklər və uzunmüddətli maliyyə yükü yarana bilər.

Komissiyasız kreditlərdən istifadə edərkən müştərilər əsasən hansı riskləri nəzərə almalıdırlar? Bu, tələdir ya mükafat?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”-a danışan hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, əsas risk problemli kreditlərlə bağlıdır və bunun böyük hissəsi bankların üzərinə düşür:

“Son illərdə bəzi banklar müxtəlif bank və ya kredit təşkilatlarında öhdəliklərini ödəyə bilməyən şəxslərə komissiyasız yeni kreditlər təklif edirlər. Onların izahına görə, bu, borclular üçün daha əlverişli şərait yaratmaq məqsədi daşıyır. Lakin reallıqda problemli kreditlərin bank balansına keçməsi bankların da riskini də artırır. Həmçinin zaminlik məsələsinin də əlavə problemlər yaratması mümkündür. Əgər bir şəxs digərinə görə kreditə zamin olubsa, borcun başqa banka keçirilməsi zamanı zaminin razılığı alınmazsa, hüquqi mübahisələr yarana bilər. Çünki zamin xəbərsiz şəkildə öhdəlik daşıya bilməz”.

Hüquqşünas qeyd edib ki, belə hallarda borclular üçün də əlavə risklər mövcuddur:

“Kredit başqa banka keçirildikdə ödəniş qrafiki uzadılır, aylıq məbləğ azalır, amma ümumi borc məbləği artır. Bu isə uzunmüddətli dövrdə borclunun yükünü daha da ağırlaşdırır və yeni kredit götürmək imkanlarını məhdudlaşdırır. Yəni belə təkliflər borclu üçün ilk baxışdan sərfəli görünsə də, uzunmüddətli perspektivdə həm bank, həm də vətəndaş üçün zərərlidir. Hər bir halda öhdəlik və məsuliyyət borclunun üzərində qalır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

End of content

No more pages to load

RADİO