“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT

Xəbər verdiyimiz kimi bu gün “Qarabağ” – “Ferentsvaroş” qarşılaşması baş tutacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat  20:45-də start götürəcək.

Qeyd edək ki, komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Təbii ki, bu günki qarşılaşmaya çox böyük azarkeş marağı var. Ona görə də stadiona bilet axtaranların sayı-hesabı yoxdur. Amma bilet əldə etmək müşkülə çevrilib.

Belə ki, avqustun 22-də saat 14:30-da bu qarşılaşmanın biletləri onlayn qaydada satışa çıxarıldı. Amma necə oldusa biletlərin satışını həyata keçirən “İticket.az” saytının səhifəsi anındaca çökdü. Nəticədə bir neçə saat səhifəyə daxil olmaq mümkün olmadı. Nəhayət uzun fasilədən sonra səhifə bərpa olundu və məlum oldu ki, biletlərin tam əksəriyyəti satılıb. Yalnız bir iki yer və VİP biletlər qalıb. Qısa zamanda bu biletlər də satıldı.

Çox qəribədir ki, az müddət sonra müxtəlif sosial səhifələrdə “Qarabağ” – “Ferentsvaroş” oyununa bilet satanlar peyda oldu. Çoxlu sayda insan azarkeşlərə baha qiymətə bilet təklif edir.

Maraqlıdır ki, bu biletləri həmin işbazlar necə əldə edib?

Diqqət çəkən məqamlardan biri də odur ki, bilet təklif edənlərin bəziləri dələduzlardır. Onlar azarkeşdən əvvəlcə beh tələb edir. Daha sonra isə yoxa çıxırlar.

Beləcə minlərlə azarkeş bilet əldə etmək üçün müxtəlif yollara əl atmaq məcburiyyətində qalıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Qarabağ”ın qatı azarkeşi, millət vəkili Aqil Abbas deyir ki, səhhəti ilə bağlı stadiona getməyəcək:
 

“Stadionda çox həyəcanlanıram. Ona görə də bilet axtarmamışam deyə vəziyyətdən xəbərim yoxdur. Amma bildiyim qədər bu ilk dəfədir ki, belə hal baş verir. Əgər ortada hansısa qaranlıq məsələ varsa, qoy onda azarkeşlər hüquq mühafizə orqanlarına müraciət etsinlər”.


Məsələ ilə bağlı “İticket.az” saytının mövqeyini öyrənmək cəhdlərimiz də baş tutmadı. Saytdan heç kim zənglərimizi açmadı.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

Ərəb və İslam ölkələri İsrailə qarşı birgə MÜBARİZƏ APARACAQ

Ərəb və İslam ölkələri İsrailə qarşı birgə MÜBARİZƏ APARACAQ

Hərbi təhsil müəssisələrində "Bilik günü" və andiçmə mərasimləri keçirildi - FOTO

Hərbi təhsil müəssisələrində "Bilik günü" və andiçmə mərasimləri keçirildi - FOTO

Dumbia Azərbaycan klubunun təklifini QƏBUL ETDİ

Dumbia Azərbaycan klubunun təklifini QƏBUL ETDİ

İnfarkta infeksiyalar da səbəb ola bilər - ARAŞDIRMA

İnfarkta infeksiyalar da səbəb ola bilər - ARAŞDIRMA

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

End of content

No more pages to load

RADİO