"Hakimlərə heç nəyi sübut etmək olmur" - Ayxan Abbasov

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 2-ci turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Bizim.Media xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Çətin oyun olacağını bilirdik. "Sabah" avrokuboklarda yaxşı oyunlar keçirmişdi. Bizdən daha yaxşı formadadırlar. İkinci rəsmi oyunumuz idi. Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, oyunu bərabərləşdirə bildik. Epizodlar oldu. Dəyərləndirə bilərdik. Bərabərlik qolundan sonra bizim yaxşı fürsətimiz oldu. Amma istifadə edə bilmədik. Əvəzində rəqib standart vəziyyətdən fərqləndi. Futbolçuların "Sabah"a qarşı belə inamlı oynamasını istəyirdik. Məncə, pis alınmadı. İstəyərdik ki, bu gün ən azı 1 xal qazanaq. Buna layiq idik. Çempionat uzun marafondur. Bu gün oyuna 2 itki ilə çıxmışdıq. Bunun təsiri oldu. Növbəti turda ağır "Sumqayıt" səfərinə gedəcəyik.

Vaxt da azdır. Həmin matça tam köklənməliyik.

- Birinci qolda qapıçının səhvinin olduğunu düşünürsünüz?

- Xeyr. Qapıçı üçün çətin top idi. İrəlidə mövqe səhvi etdik. Mərkəz müdafiəçimiz asmadan sonra topa çatmalı idi. Elə böyük təhlükə yox idi. İlk dəqiqədə vurulan qoldan sonra rəqibə inam gəldi. Birinci qol bu gün bizim məğlubiyyətimizə səbəb oldu.

- "Sabah" 4 ilə yaxındır Şamaxı səfərində qələbə qazana bilmirdi. Bu gün sizin xal qazanmağınız üçün nə çatmadı?

- Bəxt deməyim, oyun şansı "Sabah"ın tərəfində idi. Bizim standart vəziyyətdə Kərim 1 metrdən topu əyri vurur. Amma onlar eyni vəziyyətdən qapıya düşür. Rəqib də hücum etdi, biz də. Deyə bilmərik ki, bu gün futbolçularımız zəif çıxış etdi. Bəli, qələbə qazanmaq üçün daha yaxşı olmalıyıq. Futbol şans "Sabah" tərəfdə idi.

- Edqar Ədilxanov əvvəlki performansını göstərə bilmir. Nə baş verib?

- Edqar ötən oyunda əsas heyətdə olmadığı üçün çox suallar olmuşdu. Həmişə deyirəm, bu oyunçuların keçid dövrü var. Edqar hərtərəfli basqıya hazır olmalıdır. Beynəlxalq oyunlara çıxmalıdırlar. Qarşıda U-21 millisinin oyunları gəlir. Ondan sonra daha möhkəm ola bilər. Bəli, Edqardan tam razı deyildik. Bu gün nəsə etmək istədi. İnşallah formaya düşəcək. Özü ilə fərdi söhbət edirəm. Cavanlara dəstək lazımdır.

- İkinci hissədə Rossiyə qarşı çəkmə var idi. Sonradan həmin epizoda baxdınız?

- Bu gün bütün cərimələr bizim tərəfə idi. Zarafatla dedim ki, əvvəl səfər matçlarında top göydə olanda oyunu saxlayırdılar. Bu gün elə itələmələr var idi ki, 100 dənə kadr yığaram. İki oyundur hakimlərin simpatiyası rəqiblərə olur. Bəlkə də rəqiblərin adlarıdır. Sanki bu gün səfərdə oynayırdıq. Hakimlər bizə öyrədir ki, bir az da möhkəm olmaq lazımdır.

- Ötən mövsüm Azərbaycan Kubokunda “Neftçi” – “Sabah” oyununda Rauf Allahverdiyev səhv etmişdi və hakimlikdən uzaqlaşdırıldı. Sizcə, indi digər hakimlər üzərində də təzyiq var?

- Bunu hakimlərdən soruşmaq lazımdır. Onsuz da hakimlərə həmişə təzyiq olacaq. Biz onların üzərinə çox da getmirik. Bizim hakimlər o qədər də zəif deyillər. İstəyirik ki, kiçik cərimələrə görə oyun dayanmasın, oynamağa imkan versinlər. Hakimlərə heç nəyi sübut etmək olmur. Bunları yol polisləri ilə müqayisə edirəm. Biz nə etsək də, səhvik.

- Yayda düşərgənizdə Raul Hacıyev baxışda olub. Gürcüstan vətəndaşı idi, amma sonra qalmadı. AFFA bu məsələdə sizə nəsə köməklik edir? Onu U-21-in növbəti toplanışında görəcəyik?

- Perspektivli futbolçudur. Bir az vaxt lazımdır. Bəzi məsələlər var, qanunlar var. (sportal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

End of content

No more pages to load

RADİO