"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurası yenidən formalaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Məlumata görə, Şuraya sədrlik Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayevə həvalə olunub.
Şuranın üzvləri isə "AZCON Holding"in icraçı direktorunun müavini Vüqar Mirzəzadə və holdinqin baş maliyyə inzibatçısı - Maliyyə departamentinin direktoru Taylan Tekeli təyin ediliblər.
Bizim.Media