Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir

13–14 sentyabr tarixlərində Şamaxı şəhərində növbəti Üzüm və Şərab Festivalı baş tutacaq. Tədbir Meysəri kəndində yerləşən “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində keçiriləcək. Festivalda 24 şərab brendi təmsil olunacaq.

Festivalın məqsədi

İki gün davam edəcək festivalın əsas məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin, həmçinin bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Festival həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq və məhsullarını geniş auditoriyaya tanıtmaq üçün mühüm platforma rolunu oynayacaq.

Festival iştirakçılarını gözləyən yeniliklər

Bu il keçiriləcək festival çərçivəsində üzüm istehsalı, şərabçılıq və ölkənin turizm potensialı ilə bağlı hər gün üçün fərqli maarifləndirici və əyləncəli tədbirlər təşkil olunacaq.

Festival ərazisində ziyarətçilər üçün sərgi, əyləncə və müxtəlif master-klas zonaları, eləcə də məşhur restoranların pavilyonları fəaliyyət göstərəcək. Qonaqlar yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək və şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Eyni zamanda ziyarətçilər festival günlərində maraqlı şou proqramlarda da iştirak edə biləcəklər. Festival üzümçülük və şərabçılıq sahəsində həm peşəkarlar, həm də bu sahəyə marağı olan şəxslər üçün unudulmaz təcrübə vəd edir.

İştirakçılar üçün nəqliyyat xidməti də təşkil olunacaq.

Üzüm və Şərab Festivalına öz şəxsi nəqliyyat vasitəsi ilə getmək istəyənlər üçün biletin qiyməti 20 manat, xüsusi ayrılmış avtobuslarla getmək istəyən şəxslər üçün isə 40 manatdır. Biletləri İticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Üzüm və Şərab Festivalı üçün xüsusi ayrılmış avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından 13 sentyabr saat 11:30-da yola düşəcək.

Şamaxıdan Bakıya geri dönüş reysləri isə 13 və 14 sentyabrda saat 20.40-da yola çıxacaq.


Üzüm və Şərab Festivalı haqqında

Qeyd edək ki, Üzüm və Şərab Festivalı ilk dəfə 2019-cu ildə təşkil olunub. Festival ənənəvi olaraq Şamaxı rayonunun Meysəri kəndində keçirilir.  Festivalın əsas məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, eyni zamanda şərab məhsullarının ixrac potensialının artırılmasıdır. Üzüm və Şərab Festivalı Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

End of content

No more pages to load

RADİO