Emin Əfəndi: “Günahım Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyimdir”

“Bəli, bu dəfə sən qapını üzümə açmadın, nə bir rəsmi izah verdin, nə də bir aydın söz söylədin, sadəcə bir sutka ərzində “sən gözlə” deyib pasportumu, bu zəmanədə pasportdan da qiymətli olan telefonumu əlimdən aldın, mən susdum, gözlədim, izah istədim, amma cavab yox idi, verdiyin qırıq sözləri isə sanki zorla, dilinin ucundan çəkib çıxardım”.
 

MÖVZU İLƏ BAĞLI

Emin Əfəndi Rusiyaya buraxılmadı



Bizim.Media xəbər verir ki, bu sözləri “Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi sosial şəbəkədə yazıb.

O, ötən günlərdə Rusiyaya buraxılmaması ilə bağlı məsələyə reaksiya verib.

“Əvvəl dedin ki, mənim günahım Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyimdir, ola bilər, bu sənin vətəndaşın üçün ağır və bağışlanmazdır, amma mən Azərbaycan vətəndaşıyam, yaxşı anlayıram ki, qəzəbin Ukraynaya münasibətimdən çox, gündən-günə güclənən dövlətimədir.


Əgər söhbət ərazi bütövlüyündən gedirsə, ölkəmin başçısı daha ilk gündən Ukraynanın sərhədlərini tanıdı və dəstəklədi, mən də vətəndaş olaraq bu siyasətlə razıyam.

Sən milyon dəfə “xüsusi hərbi əməliyyat” desən də, hamı bilir ki, bu müharibədir, öldürülən əsgərlər, dağılan evlər, günahsız uşaqlar, qadınlar, bunlar müharibənin acı həqiqətləridir, mən də bütün normal insanlar kimi qan tökülməsinə qarşıyam, bunu dünya başa düşür, amma sən anlamadın, ya da anlamaq istəmədin, sən artıq Orwellin qələmi ilə yazılmış canlı bir kitaba çevrilmisən.
 

Moskvaya uçan təyyarədə bütün azərbaycanlıların pasportlarını yığdılar, hamını ən azı iki saat gözlətdilər, bəzilərini, mənim kimi, ümumiyyətlə buraxmadılar, bu, artıq ayrı-ayrı insanların münasibəti deyil, bu, dövlət səviyyəsində qurulmuş bir sistemdir və hər gün daha da sərtləşir.


Bir sutka ərzində mən müxtəlif, əsasən də müsəlman ölkələrindən gələn insanlarla bir yerdə oldum, onlarla söhbət edərkən anladım ki, ölkəmizə münasibət dəyişib, o insanlar bizə xüsusi hörmətlə yanaşır, başa düşür, həmrəylik göstərirdilər, biz bunu müstəqil siyasətimiz və ədalət savaşımızla qazanmışıq. Sorğu-sual aparan paqonlular isə sadəcə dindirən deyildilər, onlar sanki Solovyovun dili ilə mənimlə mübahisə edir, özlərini haqlı göstərməyə çalışırdılar, həmin anda bir daha dərk etdim ki, bizim ölkə böyüyür, güclənir, inkişaf edir və bu inkişaf çoxuna sərf etmir.
 

Mən sənə qarşı heç vaxt hörmətsizlik etmədim, sadəcə hər şeyi adı ilə çağırdım, amma sən mənə bir sutkalıq boşluq, səssizlik və izahsızlıq yaşatdın, bu, təkcə mənim hekayəm deyil, bu, bu gün yüz minlərlə azərbaycanlının Rusiyada yaşadığı reallığın kiçik bir parçasıdır.


Səninlə yollarımız bura qədərdir, Rusiya, bilirəm ki, sənə qayıdışım çətin ki, baş versin, bu, mənim üçün bağlanan qapı deyil, bu, sənin üzünə bağlanan güzgüdür, səninlə vidalaşıram, amma sənin kölgəndən qorxmadan gedirəm, çünki arxamda böyüyən və güclənən dövlətim var” – deyə E. Əfəndi paylaşımda qeyd edib.

Qeyd edək ki, “Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

Belə ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

End of content

No more pages to load

RADİO